Qırılan, tökülən saçları mixək bərpa edəcək

Mətbəxlərdə istifadə edilən mixək saç baxımında da tez-tez istifadə olunan vasitədir. Çox faydalı olan mixəyin saça çəkilməsi bir çox problemlərin aradan qaldırılmasına yardım edir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, o, seyrək saçlara, tökülməyə qarşı ən yaxşı məlhəm ola bilər. 

Əvvəlcə suyu qaynadın. Sonra 10-15 mixək əlavə edin. Qərənfil suyunu bir bankada 20 dəqiqə saxlayın. Sonra onu bir sprey şüşəsinə doldurub saçınıza çəkə bilərsiniz. Onu saça çəkdikdən sonra bir müddət gözləyin və yuyun. Bunu həftədə 2 dəfə etmək kifayətdir. 

Bu məlhəm tökülən saç diblərini möhkəmləndirəcək. Eyni zamanda yeni saçların çıxmasına yardım olacaq. Saçlarınız daha canlı və parlaq görünəcək.

Hər gün fenlənən saçlar qırılır, haçalanır. Mixək maskası bunu da aradan qaldıracaq.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.