Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. Orqanik.az AZƏRTAC-a istinadən xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. İndi qulançarın yığım vaxtıdır. […]
