Kosmetoloq: “Botoks onlar üçün zərərlidir”

Yüksək tələbata baxmayaraq, botoks ineksiyaları hər kəs üçün uyğun deyil. Odur ki, bu xidmətdən istifadə etməzdən əvvəl bütün əks göstərişləri nəzərə almalısınız.

Orqanik.az xəbər verir ki, bu sözləri Sankt-Peterburq telekanalının efirində kosmetoloq Yelena Kalimullina deyib.

“Əks göstərişlər, bir qayda olaraq, ümumidir – bunlar dekompensasiya mərhələsində olan xroniki xəstəliklər, kəskin xəstəliklər, hamiləlik, laktasiya, onkoloji xəstəliklər və fərdi dözümsüzlükdür. Botoks bu xəstələr üçün zərərlidir” , – həkim qeyd edib.

Mütəxəssis qeyd edib ki, iynələr ən çox qaş arası, alın və göz ətrafı nahiyəsinə edilir, lakin təbii ki, həkim dərinin vəziyyətinə və xəstənin mimikasının aktivliyinə əsasən dərmanın dozasına qərar verir.  (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.