Kök yaxud arıq?

Texas Universitetində çalışan alimlərin rəyinə əsasən qadınlar çox vaxt öz çəkisini düzgün qiymətləndirmirlər. Keçirilən araşdırmaların nəticəsində müəyyən olunub ki, 25% artıq çəkisi olan qadınlar öz çəkisini “normal” hesab edirlər. Digər tərəfdən isə, 16% tam normal çəkisi olan qadınlar özlərini “kök” hesab edərək arıqlamaq istəyirlər.

Bu kimi yanlış fikirlər qadınların səhhətinə mənfi təsir edə bilər. Özlərini “arıq” hesab edən kök qadınlar yeməkdə özlərinə heç bir məhdudiyyət qoymurlar. Əksinə, özlərini “kök” hesab edən arıq qadınlar müxtəlif pəhrizlərə riayət edir, arıqlamaq üçün xüsusi həblər içirlər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.