Evtanaziya üçün yeni kapsul hazırlandı – İnsanı bihuş edib öldürür

Evtanaziya yolunu seçmiş, həyatdan könüllü köçmək istəyənlərin arzusunu qanuni yolla gerçəkləşdirən ölkələrdən olan İsveçrədə yeni evtanaziya kapsulu hazırlanıb.

Orqanik.az bakupost-a istinadən xəbər verir ki, intihar kapsulu Sarco 3D printerdə hazırlanıb, İsveçrənin hüquqi ekspertizasından keçib.

Bu texnologiya evtanaziya üçün icazəsi olan xüsusi klinikalarda istifadə olunacaq.

Kapsulun ixtiraçısı Filipp Nitşke bildirib ki, kapsulu yalnız içəridən idarə etmək olar. Heç kim kənardan düyməni basa bilməz. Bu son ana qədər insanı ölüm fikrindən daşındırmaq üçündür.

Düymə basılan kimi kapsulun içinə azot qazı dolur, insan yüngül eyforiya vəziyyətinə düşür, sanki narkoz aldığını düşünür, hipoksiya vəziyyəti baş verir, nəticədə ölüm gerçəkləşir.

Kapsulda qəza lyükü və düyməsi də var.

Ekspertlər bildirib ki, aparat heç bir qanuna zidd deyil, evtanaziya üçün müraciət etmiş hər kəsin istifadə edə biləcəyi rahat metoddur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.