Cüzam xəstəliyinə kimlər necə yoluxur? – Qədim dərdin müasir forması
Cüzam xəstəliyinə kimlər necə yoluxur? – Qədim dərdin müasir forması üçün şərhlər bağlıdır

Bakterial infeksiya olan cüzamın törədicisi vərəm çöpləri ilə çox oxşardır. Həmin xəstəlik isti ölkələrdə daha çox yayılıb. Cüzamın törədiciləri ən azı 2, ortalama isə 9-20 il ərzində sağ qala bilirlər. İnfeksiya hava-damcı vasitəsilə yoluxur.

Bu xəstəliyin müxtəlif formaları var. Xəstəliyin vərəmə oxşar olan tipi tuberkloid xoşxassəlidir. Daha ağır forması lipromatoz tipidir. Cüzamın digər forması isə dəqiqləşdirilməmiş tip adlanır və onun gedişatı həm vərəmə, həm də cüzama çox oxşayır. Son 10-15 il ərzində Azərbaycanda cüzamın ağır formalarına rast gəlinməyib.

Ölkəmizdə dispanser qeydiyyatında olan cüzamlı xəstələrin əksəriyyəti yüngül və müalicəyə tabe olunan formadan əziyyət çəkirlər. Həmin xəstəliyə mübtəla olanlar Respublika Cüzam Xəstəxanasında dövlət vəsaiti hesabına müalicə edilirlər.

Orqanik.az xəbər verir ki, həkim-dermatonevroloq Səbinə Əhmədova bu xəstəliyin əlamətlərini açıqlayıb.

Yüngül tipi olan tuberkloid tipi ləkələrlə, nadir hallarda isə düyüncüklərlə görülür. Lipromatoz tip cüzam nəzərəçarpan klinik əlamətlərlə – “şir üzü” siması, caynaqlı, sallanan əl, pəncədə olan xoralar ilə xarakterizə olunur. Cüzamın bu forması bədxassəli sayılır və yoluxuculuğa daha çox meyillidir. Belə tipdən əziyyət çəkən xəstələr çox azdır. Xəstəliyin bu növü klinik baxımdan ləkələrlə səciyyələnir, müəyyən vaxtdan sonra isə həmin ləkələrin üzərində qabarcıqlar, yəni, lipromalar əmələ gəlir. Lipromalar üzərində hissiyyat – temperatur və ağrı hissiyyatı itir. Xəstələrdə həm nevroloji, həm də dermatoloji əlamətlər müşahidə olunur.

Cüzama daha çox immuniteti zəif olan insanlarda rast gəlinir, bruselyoz, vərəm, onkoloji xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar arasında yoluxma riski daha yüksəkdir.

Bu xəstəlik bakterial infeksiya olduğuna görə uzunmüddətli xüsusi antibiotiklərlə müalicə edilir. Cüzam xəstələri profilaktika üçün izolyasiya olunmalı, diaqnoz dəqiqləşdirilənə və onlar tam sağalana qədər xüsusi şəhərciklərdə saxlanmalıdırlar. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belə məkan mövcuddur.

Azərbaycanda belə xəstələrin sayı azdır. Cüzam xəstələrinin sayının çoxluğu həmin ölkədə qida məhsullarının keyfiyyətinin və yaşayış səviyyəsinin aşağı olmasının göstəricisidir.

Ata və ana cüzamlı olsalar da, ana bətnindəki uşaq sağlam olur. Çünki xəstəlik qan vasitəsilə anadan dölə keçmir. /aztibb.az

Orqanik.az

0

Yuxarı

X