Bypass əməliyyatı üçün ƏN UYĞUN DAMARLAR

Ürəyin bypass əməliyyatında süni venadan istifadə edilərsə, damarların tıxanma riski artır. Bu səbəbdən adətən pasiyentin özündən alınan uyğun damarlardan istifadə olunmalıdır.

Orqanik.az aztibb.az-a istinadən bildirir ki, bu barədə ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev məlumat verib.

Həkimin sözlərinə görə, koronar bypass üçün daha çox istifadə olunan və ən uyğun damarlar aşağıdakılardır:

– döş arteriyası;

– qol arteriyası;

– ayaq venaları.

O, əlavə edib ki, damarın strukturu səbəbindən uzun illər ərzində bypass-ın açıq qala biləcəyi ən uyğun damar döş arteriyasıdır, sonra isə qol və ayaq damarları gəlir.

Bypass üçün hər iki döş arteriyasını istifadə etmək uzun illər bypass-ın açıq qalma şansını daha da artırır və bu, pasiyent üçün çox böyük üstünlükdür. Xüsusilə də gənc və damar quruluşu uyğun olan xəstələrdə sadəcə arteriya ilə bypass icra etmək daha uyğundur:

“Ürək əməliyyatı zamanı ən uyğun arteriyadan istifadə edilirsə, birinci ildə damarın açıq qalma qabiliyyəti 95-98%, beşillik açıq qalma qabiliyyəti 90-92%, onillik açıq qalma qabiliyyəti isə 85-88% civarında olur”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.