Bütün növ dəri problemləri üçün maskalar
Bütün növ dəri problemləri üçün maskalar üçün şərhlər bağlıdır

Yağlı, iltihablı, sızanaqlı, ləkəli dərilər nəinki xanımların, hətta bəylərin də qarşılaşdığı cild problemlərindəndir.

Orqanik.az Axşam.az-a istinadən xəbər verir ki, bal təbii olaraq antibakterialdır və dəriyə sızanaqla mübarizədə kömək edir. Nəmi özündə saxlayaraq cildi nəmləndirir, iltihabın qarşısını alır, məsaməlin ölçülərini gözlə görüləcək şəkildə kiçildir.

Ev şəraitində balla hazırlaya biləcəyiniz müxtəlif növ dəri problemləri üçün müalicəvi olan maskaları təqdim edirik. 

1. Sızanaqlı dərilər üçün bal maskası

Tərkibi:

1 çay qaşığı limon
1 xörək qaşığı bal
1 çay qaşığı qabartma tozu

Kiçik bir qaba limon suyu, bal və soda əlavə edib, yaxşıca qarışdırın. Üzünüzə və boynunuza göz ətrafına dəyməyəcək şəkildə çəkib 15 dəqiqə gözləyin. Maskanı əvvəlcə ilıq su ilə, sonra soyuq su ilə çıxarın.

2. Yağlı dərilər üçün bal maskası

Tərkibi:

1 çay qaşığı bal
1 çay qaşığı bentonit gil
1 çay qaşığı alma sirkəsi

Kiçik bir qabda gil, bal və alma sirkəsini birləşdirin. Qarışdırarkən metal vasitədən istifadə etməyin. Üz və boyun bölgəsinə çəkib 15 dəqiqədən sonra ilıq su yuyun.

3. İltihablı və ya həssas dərilər üçün bal maskası

Tərkibi:

1 çay qaşığı matça tozu
1 xörək qaşığı bal
1 çay qaşığı badam və ya jojoba yağı

Əgər matça tozu yoxdursa, yaşıl çay paketini kəsib içindəki yarpaqlardan istifadə edə bilərsiniz. Maskanı üzünüzdə 15 dəqiqə saxladıqdan sonra ilıq su yuyun.

4. Quru dərilər üçün bal maskası

Tərkibi:

2 yemək qaşığı bal
1/4 avokado püresi
2 xörək qaşığı badam

Maskanı üzünüzdə 15-20 dəqiqə saxladıqdan sonra yuyun.

5. Ləkə üçün bal maskası

Tərkibi:

1 çay qaşığı limon suyu
1 xörək qaşığı bal
1 xörək qaşığı qatıq
1/4 çay qaşığı sarıkök tozu

Bu qarışımı üzünüzə və boynunuza nazik bir təbəqə şəklində çəkib 20 dəqiqə gözləyin və isti su ilə yuyun. Maskanı həftədə bir dəfə tətbiq edin. Nəticəni əldə etmək 2-3 ay çəkəcək.

Orqanik.az 

0

Yuxarı

X