ABŞ böyük həcmdə vaksin alır

ABŞ hökuməti “Pfizer-Biontech” alyansından payızda istifadə üçün koronavirus əleyhinə 105 milyon doza vaksin alıb.

Orqanik.az APA-ya istinadən xəbər verir ki, 3,2 milyard dollarlıq müqaviləyə körpələr, uşaqlar və yaşlılar üçün peyvəndlər daxildir. Yeni vaksinlər koronavirusun müxtəlif ştamları, o cümlədən Omikrona qarşı mübarizə üçün nəzərdə tutulub.

Vaksinlər yayın sonunda ölkəyə gətirilməyə başlanacaq. Təchizat 1 ay müddətində başa çatmalıdır. Bundan savayı, müqaviləyə görə Vaşinqton əlavə 300 milyon doza da sifariş verə bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.