40 yaşdan sonra necə arıqlamaq olar?

Mütəxəssislər 40 yaşdan sonra arıqlamağın yollarını açıqlayıb. 

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, yaşlandıqca maddələr mübadiləsi, hormonlar və dəyişən fəaliyyət səviyyələri ilə əlaqəli olaraq çəki atmaq çətinləşir. 

Dietoloq Meri Sabat Şefaynds 40 yaşdan sonra arıqlamağın bir neçə yolu barəsində danışıb. 

Onun sözlərinə görə, hər şeydən əvvəl təzə meyvələr, tərəvəzlər, yağsız zülallar və dənli bitkilərdən olan qidalara üstünlük verilməlidir: 

“Çünki bu cür qidalar bədəninizi tələb edilən əsas komponentlərlə təmin edir. Aclıq hissini və ümumi kalori qəbulunu azaldır”.

Diyetoloq, həmçinin “fast food”lardan uzaq durmağı, ev şəraitində  bişmiş yeməklərin istifadəsini tövsiyə edib. 

Mütəxəssis bildirib ki, normal yuxu rejimi arıqlamaq üçün çox vacibdir. Çünki yuxu hormonları tənzimləyir, stressi azaldır və maddələr mübadiləsini gücləndirir.

Şefaynds gündəlik hərəkət rejiminin nizamda olmasının vacibliyini də vurğulayıb: 

“Gündəlik gəzintiyə çıxmaq, yüngül idman hərələtləri etmək artıq çəkilərdən xilas olmağın ən yaxşı alternativləri arasındadır. Bu, çəkilərlə yanaşı əsəbi, stressi azaldacaq və ümumi sağlamlığınızı da yaxşılaşdıracaq”. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.