Süzənək xəstəliyi

Hazırkı dövrdə ən çox yayılmış, bakteriya etiologiyalı zöhrəvi xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin məlumatlarına görə, hər il dünyada 150 milyona qədər adam süzənəklə xəstələnir. Bəzi ölkələrdə bu xəstəlik sayına görə yalnız qrip xəstəliyindən geri qalır.

Süzənəyin törədicisi olan qonokokklara mikroskopla baxdıqda onlar qəhvə dənələrini xatırladır. İnsan orqanizmində onlar selikli qişalarda (cinsiyyət üzvlərində, gözdə, düz Bağırsaqda, qırtlaqda, uşaqlıq yolunda və boynunda) artıb çoxalır və iltihab əmələ gətirir. Süzənək sinir, ürək-damar, tənəffüs sistemlərində pozğunluqlar, hətta sepsis (qanın zəhərlənməsi) əmələ gətirə bilər.

Xəstəliyin mənbəyi süzənəkli xəstə şəxsdir. Böyük yaşlılar, demək olar ki, həmişə cinsi əlaqə yolu ilə, uşaqlar, kiçik qızlar isə ən çox xəstənin mikroblarla çirkləndirdikləri əşyalar (döşək ağı əski, dəsmal və s.) vasitəsilə yoluxurlar.

Süzənəyin kəskin, xronik və gizli formaları məlumdur. Xəstəliyin yoluxmasından onun kliniki əlamətlərinin meydana çıxmasına qədər olan gizli dövrü adətən 3-7 gün olur. Gizli dövr bəzən uzanaraq 2-3 həftəyə çata bilər. Adətən müxtəlif dərman maddələrinin, xüsusilə antibio-tiklərin sistemsiz qəbulu da gizli dövrün uzanmasına səbəb olur.

Kişilərdə süzənək

Kişilərdə sidik axarlarının süzənəklə yoluxmasının süzənək uretriti ilk əlaməti sidik kanalından irinli məhtəviyyatın gerünməsi və sidik ifrazında sancı-yanğılı ağrı hissidir. Məhtəviyyatın miqdarı iltihab prosesinin ağırlığından, orqanizmin ümumi vəziyyətindən asılıdır. Xəstəliyin ilk dövrlərində iltihab prosesi sidik kanalını en hissəsinin selikli qişasında olur. Odur ki, xəstəliyin bu dövründə həkimə müraciət etmək böyük əhəmiyyət daşıyır. həkimin nəzarəti altında vaxtında başlanmış müalicə qısa müddətdə xəstənin sağalması ilə nəticələnir. Əkər müalicəyə vaxtında başlanmırsa, xəstəliyin törədiciləri – qonokokklar ekdiq kanalın arxa hissələrinə keçərək onun selikli qişasını başdan-başa yoluxdururlar. Belə xəstələrdə yanğılı ağrılar güclənir, tez-tez sidik ifraz etmək ehtiyacı duyulur, sidik ifrazatı ağrılı olur və sonunda qan damcısı görünür. Yoluxmuş kişilərin bir çoxunda süzənək xəstəliyi lap əvvəldən zəif iltihab əmələ gətirir, irinli məhtəviyyat o qədər az olur ki, xəstə yalnız cinsiyyət üzvünü barmaqlan ilə sıxdıqda az miqdarda irinli məhtəviyyat görünür. Xəstələr sidik kanalında gicişmədən, bəzən sidik ifrazının əvvəlində kanalda hiss olunan ağrılardan şikayətlənirlər. Belə yüngül keçən süzənək xəstəliyində kişilər özlərinin yoluxduqlarını hiss etmirlər. Kəskin süzənək müalicə olunmadıqda sidik kanalının iltihabı getdikcə azalır və xəstəlik xronik şəklə keçir, klinikasına görə xronik uretriti xatırladır.

Kəskin və xronik süzənək kişilərdə pülükdə, cinsiyyət üzvünün ön hissəsində və sidik kanalı vəzilərində iltihab əmələ gətirə bilər. Lakin ən ciddi fəsadlar prostat vəzinin (prostatit), onun artımlarının (epididimit), toxum kisəciklərinin (vezikulit) iltihabı və sidik kanalının daralmasıdır. Fəsadların əmələ gəlməsində ağır fiziki əməyin, uzun sürən cinsi qıcıqlanmanın və spirtli içkilərin qəbul olunmasının böyük rolu vardır. , Süzənək epididimiti adətən kəskin şəkildə inkişaf edir. İltihab baş verən artımlarda kəskin ağrılar, zəiflik, 38 – 40°S hərarət, baş ağrıları, xayalığın iltihab olan tərəfində qızartı verir. Xaya artımının həcmi böyüyür, bərkiyir, çox ağrılı olur. Xəstə çətinliklə hərəkət edir. Çox vaxt proses birtərəfli olur. İkitərəfli epididimit çox vaxt sonsuzluğun əmələ gəlməsində əsas səbəblərdəndir. Kişilərdə prostat vəzinin iltihabı (prostatit) süzənək zamanı ən çox baş verən fəsaddır. Prostatit də kəskin və xronik ola bilər. Xronik prostatit çox ciddi xəstəlikdir və çox vaxt cinsi zəifliyə və axırda sonsuzluğa səbəb olur.

Qadınlarda süzənək

Qadınlarda bu xəstəlik kişilərin xəstəliyindən öz xüsusiyyətləri ilə fərqlənir. Xəstələnmiş qadınların demək olar ki 90%-i 2-3 həftə müddətində süzənəklə yoluxduranlarını hiss etmirlər, çünki irinli məhtəviyyat ifrazatı az və ağrısız olur. Yoluxmuş qadınların yalnız 10-15%-i 3-5. gündən sonra qarının aşağısında ağırlıq, sağrı nahiyəsində ağrılar, sidik ifrazatı vaxtı sancı hiss edirlər. Bir çox qadınlar özlərinin yoluxduqlarını aylarla hiss etmirlər, cinsi əlaqələrdə olurlar və onların xəstəliyi yalnız yoluxdurduqları kişilərin vasitəsilə və yaxud ginekoloji müayinələr zamanı aşkar edilir. Qadınlarda süzənəyin əsas xüsusiyyəti onun çoxocaqlı olması, yəni eyni vaxtda sidik kanalı, uşaqlıq boynu, uşaqlıq yolu dəhlizinin vəzilərinin, eləcə də düz bağırsağın bu prosesə tutulmasıdır.

Kişilərlə olduğu kimi qadınlarda da süzənək kəskin (təzə) xroniki və latent (gizli) ola. bilər. Ən çox xroniki süzənək aşkar olunur. Qadınlarda süzənəyin sidik-cinsiyyət orqanının aşağı nahiyəsində (uretrit), uşaqlıq boynunda (endoservisit), uşaqlıq yolunda (vaginit) olan formaları ayırd edilir. Bundan əlavə, yalnız yoluxmuş qız uşaqlarında təsadüf olunan, uşaqlığa, uşaqlıq borularına və artımlarına, çanaq nahiyəsində qarın boşluğuna yayılan “yüksələn süzənək” qeyd olunur. Qadının cinsiyyət üzvlərinin yuxarı hissələrinə qalxan süzənək abort, doğuş, aybaşı nəticəsində baş verir. Uzun müddət davam edən xronik süzənək cinsi pozuntulara, qadında cinsi soyuqluğun əmələ gəlməsinə səbəb ola bilər. Süzənək hamiləliyin normal gedişlə və nəticəsinə pis təsir göstərir. Süzənəklə yoluxmuş hamilə qadında uşaqsalma, vaxtından əvvəl doğuş, doğuşdan sonra fəsadlar olur. Doğum evlərində süzənək aşkar edilmədikdə belə, doğuşdan sonrakı dövrdə zahı qadının uşaqlığında, ,onun artımlarında, hətta qarın boşluğunda yüksək hərarətlə, ağrılarda iltihab prosesi baş verir. Süzənəklə yoluxmuş hamilə qadın doğuş zamanı körpənin gözünü və qız uşağının sidik-cinsiyyət sistemini süzənək xəstəliyinə yoluxdurur.

Kiçik qızlarda süzənək

Kiçik qızlar süzənək xəstəliyinə ən çox 2-8 yaşlarında məişət yolu ilə valideynlərinin mikroblarla çirkləndirdikləri ümumi yataq, dəsmal, hamam lifi vasitəsilə yoluxurlar; yoluxma hadisələrinin dörddə üçündə xəstəliyin mənbəyi xəstə anadır. Kiçik uşaqlar süzənək xəstəliyinə görə müalicəni yalnız xəstəxana şəraitində almalı, belə uşaqlarını valideynləri və uşaqla tomasda olmuş qohumları da yoxlanılmalıdır. Əkər o, körpələr evinə, uşaq bağçasına, oradakı işçilər və bütün uşaqlar da yoxlanmalıdırlar. Uşaq yaşlarında süzənəklə xəstələnən qızlarda sonrakı dövrlərdə onların sağlamlığına təsir edən qeyri-normallıqlar – aybaşının, hamiləliyin pozulması və ya sonsuzluq da ola bilər. Ona görə də kiçik yaşlarından uşaqlara, xüsusilə qızlara şəxsi gigiyena qaydalarını öyrətmək vacibdir. hər bir uşaq ayrıca yataqda yatmalı, onun şəxsi dəsmalı, gecə paltarları və lazımi əşyaları olmalıdır. Qız uşaqların heç vaxt yatağa tumançaq qoymaq olmaz. Bilmək lazımdır ki, süzənək xəstəliyini keçirmiş adamlarda bu xəstəliyə qarşı immunitet – davamlılıq yaranmır və o, təkrar xəstələnə bilər. Təkrar xəstəlik isə daha ağır və uzunmüddətli olur, çox da fəsadlar əmələ gətirir. Süzənəyin müalicəsi yalnız mütəxəssis həkim tərəfindən aparılmalıdır.

Süzənəyin profilaktikasının əsasmı onun vaxtında aşkar edilməsi, bütün xəstələrin mütəxəssis həkim tərə-findən vaxtında düzgün müalicə edilməsi təşkil edir. Bu məqsədlə də müəyyən qrup şəxslər müntəzəm şəkildə müayinə olunurlar. Bundan əlavə bütün hamilə qadınlar, hamiləliyi süni surətdə pozmaq üçün tibb idarələrinə müraciət edənlər, sidik-cinsiyyət trixomonlazı ilə xəstələr süzənəyə görə müayinə olunurlar.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online
Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.