Gur və sıx saçlar üçün nə etməli?

“Saçların gur və sıx olması demək olar ki, ən çox soruşulan suallardan biridir. Bu resept bir çox insana tanış olsa da xatırlamaqda fayda var”.

Həkim-fitoterapevt Fizuli Hüseynov bildirib ki, axşam yatmazdan əvvəl saç diblərini gənəgərçək yağı ilə masaj etmək çox faydalıdır. Çalışmaq lazımdır ki, yağ bütün saç diblərinə dəysin, sonra saçları yağa tam batıraraq başı bağlayıb səhərə qədər yatmaq tövsiyə olunur. Bunu həftədə 2 dəfə etmək olar. Saç diblərinə vurarkən qulaq çöpü ilə kirpiklərə və qaşlara da vurmaq kirpiklərin uzanmasına, qaşların sıxlaşmasına səbəb olacaq.

Gənəgərçək yağının digər faydaları

Əgər sızanaq varsa, bu yağı üzə də tətbiq etmək olar. Yağ saç tökülməsinin qarşısını alır, təzə tökülən saçların bərpasına səbəb olur. Eləcə də kəpək əleyhinə təsiri var, saç dibindəki səpkiləri və qaşınmanı götürür. Daban və qarın çatları varsa, həmin nahiyələrə də gənəgərçək yağını vurmaq faydalıdır.

“Gənəgərçək yağının həm də ağrıkəsici təsiri vardır, oynaq ağrılarında oynaqları bu yağla masaj edə bilərsiniz, gənəgərçək yağını səhərlər acqarına 1 çay qaşığı içmək isə qəbizliyin qarşısını alır”, – deyə F.Hüseynov bu yağın çox sayda faydalarından bəhs edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.