Ölümə səbəb olan öskürək siropunun istehsalı dayandırıldı

Özbəkistanda 18 uşağın ölümünə səbəb olan öskürək siropunun istehsalı dayandırılıb.

Orqanik.az bakupost.az-a istinadən xəbər verir ki, söhbət Hindistana məxsus dərman firmasının “Dok-1 Max” adlı öskürək siropundan gedir.

Hindistan Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı firmanın ofisində araşdırmalara başlayıb. Nəticədə şirkətin bütün qanuni icazələrə sahib olduğunu bildiriblər.

Müəssisənin hüquqşünası Həsən Harris firmanın 10 ildir fəaliyyət göstərdiyini və problemin araşdırılacağını deyib.

Qeyd edək ki, Özbəkistan Səhiyyə Nazirliyi 18 uşağın ölümünə səbəb həmin firmaya məxsus öskürək siropunun olduğunu iddia edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.