Ağzından pis qoxu gələnlər bu preparatı içsin – ALİMLƏR

Halitoz – ağız boşluğundan pis qoxu gələn insanlar həmişə bu problemlə çarə axtarır.

Bakupost.az xəbər verir ki, Çin alimləri yeni elmi tədqiqatda bu sindromun çözümünü tapıb.

Sıçyuan universitetinin alimləri bildirib ki, probiotiklərin qəbulu ağızdan xoşagəlməz qoxunu aradan qaldıra bilər.
Probiotiklər – xüsusi faydalı bakteriyalarla zəngin bağırsaq preparatlarıdır. Onlar bağırsaq mikroflorasını qaydaya salır.
Çində probiotiklərin ağız boşluğu mikroflorasına da təsiri barədə metaanaliz aparılıb.

Probiotik qəbul edən könüllülərin tənəffüsündə uçucu kəskin qoxu azalıb.

“Probiotiklər ağızda, dildə anaerob bakteriya və aminturşuların yığılıb qalmasını inqibə edə bilər. Eləcə də qoxuya səbəb olan zərərli bakteriyaları da məhv edir” – deyə elmi işdə bildirilir.

Probiotik qəbul edənlərin dilində ərp də azalıb.

Ona görə də xoşagəlməz problemdən əziyyət çəkənlər probiotikləri sınaya bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.