Azərbaycanda maşın, torpaq, ev qiymətinə satılan bahalı dərmanlar – SİYAHI

Azərbaycanda dərmanların qiymətinin son 5 ildə durmadan artması, bir çox xəstələrin bu səbəbdən müalicə ala bilməməsi yeni mövzu deyil.

O da bəllidir ki, Türkiyə, Rusiya və Gürcüstanda 3 manata olan dərman Azərbaycanda 9-10 manatadır. Bahalı dərmanların qiymətində isə bu nisbət daha yüksəkdir. Başqa sözlə desək, qonşu ölkələrdə 10-15 manata olan dərmanlar Azərbaycanda 40-50 manata satılır.
Tarif Şurasının qiymətlərini təyin etdiyi bəzi dərmanların siyahısında isə elə preparatlar var ki, onların 2 qutusunun qiymətinə maşın, torpaq, hətta ev almaq olar.

Bakupost.az Tarif Şurasının siyahısına daxil edilən yeni və bir sıra bahalı dərmanların qiymətlərini təqdim edir:

1.DİFİCLİR FIDAXOMICIN – 200 mq tablet – 16 970 AZN

Bu dərman bağırsaq ishalı, bağırsaq infeksiyalarına qarşı ən təsirli antibiotikDİR. Kanada istehsalıdır.

2. NOVOSEVEN EPTACOG ALFA (ACTVATED) 8 mq, inyeksiya məhlulu üçün toz – 10 935 AZN

Hemofiliya xəstələri üçün preparatdır.

3.CAKAVİ RUXOLITINIB – Tablet – 11.000 AZN

Splenomeqaliya və ya mielofibrozla bağlı xəstəliklərdə təyin edilir.

4.QONAL-F FOLLITROPIN ALFA 600 IU/ml, inyeksiya üçün məhlul – 9 705 manat

Yumurtalıqların polikistozunda, follikul yetişməzliyində ovulyasiya stimuləedici preparatdır, sonsuzluqda istifadə olunur.

5.HEMLİBRA – 8369 manat

Hemofiliya xəstələri üçün dərman preparatı

6.TESENTRİQ ATEZOLIZUMAB 60 mq/ml, iyeksiya üçün məhlul – 7534,28 AZN

7.OKREVUS OCRELIZUMAB 30 mq/ml, infuziya məhlulu üçün konsentrat – 7406 AZN

8.KADSAYLA TRASTUZUMAB 160 mq, infuziya məhlulu üçün toz – 7089 AZN

9.QAMMANORM IMMUNOGLOBULIN (HUMAN NORMAL IMMUNOGLOBULIN) – 6498 AZN

10.İNLİTA – 5705 AZN

Maraqlısı odur ki, bu dərmanlar da digər ölkələrdə daha münasib qiymətlərə satılır. Məsələn, Zitiqa Rusiya və Qazaxıstanda 800-900 manata olsa da, Azərbaycanda 5000 manata satılır.

Siyahıda liderlik edən DİFİKLİR FIDAXOMICIN-in qiyməti Avropa ölkələrində 2000-2200 avrodur. Amma göründüyü kimi bizdə qiyməti 16 min manat müəyyən olunub.

Məgər bu dərmanın Azərbaycana gətirilməsi xərci 10 min manatdır?

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.