Koronar angioqrafiya

Angioqrafiya ürəyin işemik xəstəliklrinin diaqnostikasında “qızıl standart” hesab edilir. Rentgenokontrast məhlulların koronar arteriyalara selektiv yeridilməsi koronar mənfəzin rentgenoloji anatomiyası, stenoz və okklüziya, kollateralların olması haqqında məlumat verir. Hal-hazında Jadkins və Souns üsullarından istifadə edilir.
Koronoqrammanın analizi zamanı ürəyin işemik xəstəliklərində koronar damar mənfəzindəki dəyişiklikləri tam xarakterizə edən bir-neçə əlamətlər qiymətləndirilir. Bunlar aşağıdakılardır:
1. Ürəyin qanla təhcizatının anatomik tipləri:
a)  Sağ koronar tip – insanların 53-60%-ində rast gəlinir. Bu tipdə sağ koronar arteriya sağ mədəcik və qulaqcığı, sol mədəciyin və mədəciklərarası çəpərin arxa səthini qidalandırır.
b) Sol koronar tip – insanların 13-27%-ində rast gəlinir. Bu tipdə sol koronar arteriya ürəyin arxa səthini tamamilə qidalandırır.
c) Bərabər tip – insanların 24-68%-ində rast gəlinir. Bu tipdə ürəyin qidalanmasında sağ və sol koronar arteriyalar bərabər səviyyədə iştirak edirlər.
2.  Zədələnmənin lokalozasiyası:
– sol koronar arteriyanın kökü
– sol koronar arteriyanın ön enən şaxəsi
– sol koronar arteriyanın dolanan şaxəsi
– sol koronar arteriyanın dioqnal şaxəsi
– sağ koronar arteriya
– sağ koronar arteriyanın yan şaxəsi və koronar arteriyaların digər şaxələri.
3. Zədələnmənin yayılması:
– lokal forma
– yayılmış forma
4. Damar mənfəzinin daralma dərəcəsi:
I dərəcə – 50%-ə qədər
II dərəcə – 50-75%-ə qədər
III dərəcə – 75-99%-ə qədər
IV dərəcə – okkluziya (tam tutulma)
Koronar angioqrafiya aparılmasına göstərişlər:
* gərginlik stenokardiyaları
* gərginlik stenokardiyası His dəstəsinin ayaqcıqlarının blokadası ilə
* ağır mədəcik aritmiyaları
* damarlarında operativ əməliyyat apoarılması planlaşdırılan adamlar
* miokardın revaskulyarizasiyası(balon dilatasiyası,aortakoronar şuntlama)
* diaqnozun kliniki və peşəkar baxımdan dəqiqləşməsi
Koronar angioqrafiyaya əks göstərişlər:
* qızdırmalı vəziyət
* ürək ritminin ağır pozulmaları
* kəskin kardiomoipatiya total ürək çatışmazlığı ilə
* beyin qan dövranının kəskin pozulması
* müalicə olunmayan polisistemiya
* yod preparatlarına yüksək həssaslıq.
Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.