İmmunoloqdan xəbərdarlıq – Kovidə yoluxanlarda beynin iltihabı baş verə bilər

Kovidin istənilən ştammına yoluxanlarda beyin toxumasının iltihabi prosesi ola bilər.

Orqanik.az xəbər verir ki, bunu immunoloq alim Nikolay Kruçkov açıqlayıb.
O, pasiyentləri xəbərdar edib ki, ensefolit və ensefalomielit kovid zamanı və sonra rast gəlinən ağırlaşmadır.

Beynin iltihabi prosesləri başqa xəstəliklərlə səhv salına bilər. Xəstələrdə bir sıra nevroloji simptomlar baş verir. Beyin qabığını yarıb keçən virus orda trigger rolunu oynayaraq ikincili iltihab yaradır.

Alimlər beynin iltihabının hətta uşaqlarda da rast gəlindiyini bildirib.

Omikronu yüngül keçirənlərdə belə sinir sisteminin ağır zədələnməsi görülür. Onlarda səs batır, başda duman hissi yaranır, danışıqlarında, düşüncələrində problem hiss olunur. /Orqanik.az

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.