Damarları xolesterindən təmizləmək üçün 5 TƏBİİ ÜSUL

Yüksək xolesterin çox təhlükəlidir. Artıq, orqanizm tərəfindən istifadə olunmayan xolesterin damarlarda yığılmağa başlayır və nəticədə damarlar daralır, elastikliyini itirir, zəif, kövrək, partlamaya meyilli olur.

Məhz yüksək xolesterin ürək və damar xəstəlikləri, ürək tutması, infarkt və insultun əsas səbəbidir.

Orqanizmdə xolesterini salmaq üçün xüsusi preparatlar – statinlər təyin olunur. Lakin son illər statinlərin təhlükəli yanaşı təsirləri haqqında məlumatlar artmaqdadır. Belə ki, onların qəbulu şəkərli diabetin riskini artırır.

Orqanik.az Express Health nəşrinə istinadla bildirir ki, mütəxəssislər xolesterinin səviyyəsini salmaq üçün qida rasionu və həyat tərzində bəzi dəyişiklikləri etməyi tövsiyə edirlər.

1. Doymuş yağların azalması. Əsas mənbələr – yağlı qırmızı ət və yağlı süd məhsullarıdır.

2. Trans-yağlardan imtina. Söhbət marqarin, bərk bitki yağları (palma yağı və s.), dükanlarda satılan şirniyyatlar, yarımfabrikatlar, ucuz süd məhsullarından (onların tərkibinə palma yağı əlavə olunur) gedir.

3. Omeqa-3 yağlı turşularla zəngin olan məhsulların qəbulu. Bu dəniz balığı, qoz, kətan və zeytun yağlarıdır.

4. Qidalanmada lifli məhsulların artırılması. Liflər pis xolesterinin mənimsənilməsini azaldır və onun orqanizmdə xaric olunması prosesini stimullaşdırır. Belə məhsullar arasında paxlalılar, meyvə-tərəvəz, göyərtilər, yarmalar, buğda kəpəyi kimi məhsulları qeyd etmək olar.

5. Spirtli içklərin qəbulundan imtina.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.