Gecə öskürəyin bilmədiyiniz SƏBƏBLƏRİ

Gecə öskürəyi sizi daim narahat edirsə, bu hər hansı pozulmaya işarə edə bilər. Belə öskürək 3 həftədən artıq çəkirsə, mütləq həkimə müraciət edin.

Bəzi hallarda bu çox təhlükəli xəstəliyin simptomu ola bilər.

Orqanik.az bildirir ki, mütəxəssislərin müşahidələrinə görə, gecə öskürəyinin ən yayılmış səbəbləri bunlardır:

– Astma. Bəzi xəstələrdə gecə öskürəyi astmanın yeganə simptomu ola bilər.

– Ağciyər xəstəlikləri (xroniki obstruktiv ağciyər xəstəliyi, emfizema, bronxit).

– Ürək çatışmazlığı. Öskürək tək nəfəsalam sisteminin deyil, ürək çatışmazlığının simptomu da ola bilər. Belə xəstələrdə öskürlə yanaşı gecə təngənəfəslik, boğulma tutmaları ola bilər.

– Allergiya. Gecə öskürəyinin ən yayılmış səbəblərindən biri sayılır.

– Reflüks xəstəliyi. Bu xəstəlik zamanı uzanaq vəziyyətdə mədə şirəsinin bir hissəsi qida borusuna düşərək selikli qişanı qıcıqlandırır ki, bu da öskürəyə səbəb olur. Belə hesab olunur ki, gecə öskürəyinin ¼ hissəsi məhz reflüks xəstəliyi ilə bağlıdır.

– Ağciyər vərəmi. Bu xəstəlik ilkin mərhələlərdə quru xroniki öskürək, “səbəbsiz” qızdırma, gecə vaxtı güclü tərləmə və izah olunmayan arıqlama ilə müşayiət olunur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.