İnsan maksimum nə qədər yaşaya bilər? ALİMLƏRİN RƏYİ

Son zamanlar dünyanın inkişaf etmiş ölkələrində insanların həyatının uzunluğu xeyli artıb.

Alimlər bunu sağlam qidalanma, komfortlu yaşayış tərzi, tibbi nailiyyətlərlə izah edir.

Bəzi alimlərin fikrinə görə, insan asanlıqla 120 yaş və bundan çox yaşaya bilər. Lakin holland alimlərinin son araşdırmaları göstərib ki, bu belə deyil və insanın maksimum yaşaya biləcəyi vaxt bundan azdır.

Holland alimlər belə qərara gəliblər ki, qadınlar maksimum olaraq 115,7, kişilər 114,1 il yaşaya bilər.

Orqanik.az Rusiyanın TASS agentliyinə istinadla xəbər verir ki, ekspertlər son 30 il ərzində 75 min insanın məlumatlarını təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.