Dəm çayını atmayın – SAÇA İNANILMAZ FAYDALARI

Qara çayın tərkibindəki amin turşuları, protein, vitaminlər, kafein kimi birləşmələr saç üçün inanılmaz faydalar təmin edir.

Dəmlənmiş köhnə çayı atmaq əvəzinə təbii qulluq vasitəsi olaraq istifadə edə bilərsiniz. Ailem.az qara çayın saçlara faydalarını sadalayır.

Saçı gücləndirir

Çay saçları gücləndirir, bərpa edir və qidalandırır. Tərkibindəki kafein saç tökülməsini azaltmağa kömək edir.

Saçı parıldadır

Çay saçın boğuq rəngini tamamən aradan qaldırır. Tərkibindəki polifinlər, C və E vitamini sayəsində saçı parladır və yumşaqlıq verir. Bundan başqa çayın tərkibindəki birləşmələr PH səviyyəsini tənzimləyir və saçın yağlanmasının qarşısını alır.

Saç dərisini yaxşılaşdırır

Çay kəpək problemini həll etməyə kömək edir, saç diblərində yaranan qızartı və iltihabı azaldır.

Saçınıza çay maskası vurun

Saçınızı bir dəfə şampunla yuduqdan sonra çayı saçınıza tökərək, 5 dəqiqə saxlayın. Sonra saçınızı durulayın. Həcmli və sağlıqlı bir saç üçün bunu həftənin 2-3 günü istifadə etmək yetərlidir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.