Kardioloqlar ürək üçün ən faydalı yağı təyin ediblər

Kembric Universiteti (Böyük Britaniya) alimləri araşdırma nəticəsində ürək üçün ən faydalı yağı təyin ediblər.

Orqanik.az The Deccan Chronicle istinadla xəbər verir ki, alimlərin fikrinə görə, 4 həftə ərzində kokos yağını istehlak edən insanda ürək xəstəlikləri və insultun riski azalır.

Araşdırmada yaşı 50-dən 75 qədər olan 94 insan iştirak edib. İştirakçıları 3 qrupa bölüblər. Qruplardan birinə hər gün 3 x.q. zeytun, digər qrupa kokos, üçüncü qrupa isə kərə yağını istehlak etməyi tövsiyə ediblər.

4 həftədən sonra zeytun yağını istehlak edən qrupda “pis” xolesterolun səviyyəsi bir qədər azalıb, “yaxşı” xolesterolun səviyyəsi isə 5% artıb.   

Kokos yağı istehlak edən iştirakçılarda yaxşı xolesterolun səviyyəsi 15% artıb ki, bu da ürək-damar xəstəliklərinin, infarkt və insultun riskinin xeyli azalması deməkdir.

Kərə yağının istehlakı isə müsbət nəticələr göstərməyib. 

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.