Your Cart

Bu insanların “Omicron”a yoluxması risklidir – XƏBƏRDARLIQ

Son həftələrdə koronavirusun “Omicron” ştammına yoluxduqdan sonra kəskin pnevmoniya ilə 60 və daha yuxarı yaşlı xəstələrin xəstəxanaya yerləşdirilməsində nəzərəçarpacaq artım müşahidə olunub.

Orqanik.az lent.az-a istinadən xəbər verir ki, Yaponiyanın Fudzimino Tibb Mərkəzinin mütəxəssisləri bu barədə xəbərdarlıq ediblər.

Mütəxəssislərin sözlərinə görə, həmin göstərilən xəstələrin yarısından çoxu xəstəxanaya pnevmoniya ilə gəlib və süni nəfəs aparatına ehtiyacları olub.

Tibb müəssisəsinin direktoru Akira Kanonun sözlərinə görə, kəskin pnevmoniyaya uzun müddət peyvənd olunmuş yaşlı xəstələrdə, hətta peyvəndin iki dozasını alsa belə, rast gəlinir.

O, həmçinin qeyd edib ki, “Omicron” ştammının “yumşalması” ilə bağlı məlumatlar onun praktikada gördükləri ilə uyğun gəlmir.
 
Məhz buna görə də mütəxəssislər 60 yaşdan yuxarı insanlara “Omicron” ştammının koronavirusun əvvəlki ştamlarından daha az təhlükəli olması ilə bağlı bəyanatlar fonunda xüsusilə diqqətli olmağı və sayıqlığı itirməməyi tövsiyə edir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa