Kişini cinsi zəiflikdən xilas edəcək qidalar – Xalq təbabəti sirləri

35-40 yaşdan sonra kişi potensiyasının tədricən azalması dövrünə qədəm qoyur. Düzdür bu kəskin olmur, amma artıq müasir kişilər arasında 35 yaşdan sonra erektil disfunksiya şikayətləri artmağa başlayıb.

Bunun bir çox obyektiv və fizioloji səbəbləri olsa da, qədimdə kişilərin 60 yaşında da aktiv olmasını nəzərə alsaq, əsas amillərin yaşam tərzi, zərərli qidalar, sağlam yeməmək, pis vərdişlər olduğunu deyirlər.

Orqanik.az bildirir ki, artıq potensiyada problem yaşayanlar və ya bu yaş həddinə yaxınlaşanlar potensiyasını qoruyan, artıran məhsulları gündəlik qidasına daxil etməlidir. Bu hansı qidalardır?

Britaniya Sağlamlıq Mərkəzinin alimlərinin son tədqiqatları nəticəsində tərtib olunan siyahını təqdim edirik:

– Üzüm – qırmızı üzüm sperma və testosteronu artırır, qan dövranını gücləndirir.

– Tuna balığı – qanı aktivləşdirir, testosteronu artırır, spermanın keyfiyyətini yaxşılaşdırır.

– Avokado – damarları və o cümlədən cinsi orqanın damarlarını xolesterindən təmizləyir.

– Nar – potensiyanı artırır, nar şirəsi kişilik gücünü bərpa edir.

– Maral əti, piyi – məzh potensiyaya faydalı olan maddələrlə zəngindir.

– Sarımsaq – spermaya enerji verir.

– Bal – cinsi orqanda qan dövranını artırır, ereksiyanı gücləndirir. Günə 1 qaşıq udun.

– Yumurta – impotensiyası olan kişilərə hər gün yumurta yeməyi məsləhət görürlər. Məhz yumurta zülalı sperma üçün tikinti məhsuludur.

– Mal ciyəri – sinklə zəngindir, testosteronun ifrazını artırır.

İmpotensiyadan əziyyət çəkən kişilər heyvan mənşəli yağları rasionda azaldıb, təbii zeytun, qoz, kətan və qara zirə toxumu yağından istifadə etməlidir

Eləcə də qırmızı rəngdə meyvə-tərəvəzdən çiy halda qəbul etməlidir

İmpotensiyaya qarşı güclü RESEPT

Çiçək tozunu gündə yarım çay qaşığı olmaqla yeməkdən 15 dəqiqə əvvəl qəbul edib üzərindən 1 stəkan ilıq su içmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.