Qlüten nədir?

Qlüten nədir? dözümlülüyümüz varmı

Qlüten nədir? Qlüten son günlərdə bəzi xəstəlik qrupları üçün xüsusi həssaslıq göstərdiyi üçün maraq doğurmuşdur. Tərkibindəki proteyinlər səbəbi ilə allergik reaksiyalara səbəb ola bilən qlüten, çörəkdən başqa bəzi məhsullarda da istifadə olunur. Qlüten tərkibindəki zülallar səbəbiylə allergik vəziyyətə səbəb ola bilər. Bəzi məhsulların istehsalında qlüten tez-tez istifadə olunur.

Bəs qlüten hansı məhsulların tərkibindədir?

Çörək, makaron, unlu şirniyatlar, çipsi, pizza, bütün dənli bitkilər, pivə, kaşa və s. kimi məhsulların tərkibində olan proteyindir. Qlüten səhər yeməyində, hazır souslar, yoqurt, hətta pomada da ola bilər. Qlüten yapışqana bənzəyir, buna görə də hazır qida toxumalarını və görünüşünü yaxşılaşdırmaq üçün məhsullara əlavə olunur. Bu xüsusiyyətə görə qlüten – yapışqan adlandırılır.

Tərkibində qlüten olan məhsullar
Tərkibində qlüten olan məhsullar

Qlüten məhsullara niyə əlavə edilir?

Qlütensiz məhsulların saxlama müddəti az olur. Qlüten əsasən istehsal olunmuş məhsulların saxlanma müddətini uzatmaq üçün məhsullara əlavə edilir. Qlüten şirniyyatları, çörək məhsullarını yumuşaq edir.

Qlütenin zərərləri

Üstünlükləri ilə yanaşı “yapışqan” xüsusiyyəti ilə, mədənin həzm işini çətinləşdirir, ağır qida allergiyası ilə nəticələnir. Bəzən insanlar qlültensiz qida anlamını tamami ilə səf başa düşürlər. Qlütensiz qida deyendə – Yəni sonradan əlavə edilmiş qlülten nəzərdə tutulur. Yuxarıda qeyd etdiyimiz kimi məhsullara gözəllik, yumşaqlıq və s. xüsusiyyətləri vermək üçün istifadə edilən qlülten həddindən artıq qlülten qəbul etməyimizə səbəb olur. Orqanizmimiz qlülten bombardumanına məruz qalır.

Qlüten canlı test videosu

Qlüten asılılıq yaradır!

Qlüten qatılmış çörək, şirniyat eəcədə digər məhsullar xırt-xırt və yumşaq olduğu üçün beynimizdə məhsul haqqında xoş təəsürat yaradır. Tərkibindəki qlüten insana həzz verdiyi üçün beynimiz hər zaman bizi belə məhsulları yemək üçün tətikləyir. Belə olan halda bir müddət sonra asılılıq yaranır. Ancaq bu asılılıqdan qurtulmaq digər vərdişlər kimi çətin deyil. Dörd altı həftə ərzində qlüten asılılığından xilas ola bilərsiniz. Bu müddət ərzində qlüten yeməmək şərti ilə.

Qlütenə qarşı dözümlülüyümüz varmı?

Xəstəlik böyüklərin 1% -ində baş verir. Laktoza mənimsənilməməsi ilə bağlı genetik xəstəlik sayılır. Valideynlərinizdə qlütenə qarşı həssaslıq varsa, bu sizin üçündə keçərli ola bilir. Əgər valideyinlərimizdə şəkərli diabet, bağırsaqlarda allergiya kimi xəstəliklər varsa qlütendən uzaq durmalısınız.

Bu vəziyyətdə, xronik şişlik (köp), davamlı ishal, kəskin qoxu və digər həzm pozuntuları ilə şikayətlər olur.

Qlütenə qarşı allergiyanız varsa bu zaman baş ağrıları, saç tökülməsi, immunitet zəifliyi baş verir.

Xəstəliyin simptomatikası elədə özəl səbəblər sayılmır. Bu səbəbdən xəstə xəstəliyin fərqinə varmaya bilər. Lakin, bundan qurtulmaq üçün bəzi qaydalara riayyət etməyiniz kifayətdir.

Marketdə alış veriş zamanı mütləq aldığınız məhsulların tərkiblərinə nəzər yetirin.

Son illərdə qida bazarında qlüten tərkibsiz məhsulların sayı artıb.

Qlüten tərkibsiz kaşa və makaronları bele artıq rahatlıqla marketlərdə tapmaq olur. Hər zamanki kimi, ət, yumurta, düyü, qoz, təzrəvəzlər, təbii süddən olan məhsullar sizin menyunuzda qalmaqla sağlam qidalana biləcəksiniz.

Qlüten nədir? dözümlülüyümüz varmı
Qlüten nədir? dözümlülüyümüz varmı?

Qlüten nədir? – hansı dənli bitkilərin tərkibində olur?

Qlüten nədir?

  • Buğda
  • Çovdar
  • Spelta buğda
  • Arpa
  • Yetişməmiş spelta buğda dəni
  • Yulaf (qlütensiz olduğu sertifikatlaşdırılmadığı təqdirdə)
  • Xırda spelta buğda
  • Amelkorn
  • Kamut
  • Tritikale

Qlüten tərkibli qidalara nümunə olaraq unu, buğda nişastasını, çörək qırıntılarını, makaron məmulatlarını, müslini və biskvitlərdən pretzel çubuqlarına qədər bütün bişinti məmulatlarını göstərmək olar. Bununla belə, qlüten istehsal prosesi zamanı və qatılaşdırıcı maddələr vasitəsilə bir çox qidanın tərkibinə qarışır.

Qlüten nədir?

Qlütenin qida dəyəri əhəmiyyətsiz miqdarda olsa da, onun unlarla işləmək üçün əlverişli fizioloji və texnoloji xüsusiyyətləri var. Onun əlavə edilməsi ilə unu su ilə qarışdırdıqda yapışqan bir xəmir əldə edilir. Qlüten həmçinin xəmirin elastikliyini və bitişməsini təmin edir. Çörək və bişinti məmulatlarına xırt-xırtlıq verdiyi üçün təssüfki istehsal zamanı əlavə qlüten qatılır.

Bəzi insanlar üçün qlüteni həzm etmək niyə çətindir? Qlüten nədir?

Bir çox hallarda, qlütenə qarşı həssaslıqda irsi faktorlar rol oynayır. Bununla belə, burada immunitet sisteminin, infeksiyaların və qidalanmanın da payı ola bilər. İstənilən halda, bütün həssaslıqlar eyni deyil. Ümumiyyətlə, bu pozuntular üç növə ayrılır: çölyak xəstəliyi, qlütenə/buğdaya qarşı həssaslıq, buğda allergiyası. Çox vaxt bu terminlər sinonim kimi istifadə edilir. Amma onlar fərdlərdə tamamilə fərqli simptom və narahatlıqlarla müşayiət olunur.

Qarın ağrısı, ishal və baş ağrısı ən çox rast gəlinən şikayətlərdir. Simptomlar əzələ və oynaq ağrıları ilə də müşahidə edilə bilər.

Lakin çörək və pizzadan tamamilə imtina etməzdən öncə simptomlarınıza mütəxəssis tərəfindən diaqnoz qoyulmalıdır. O, sizdə qlütenə qarşı həssaslığın olub-olmadığını və əgər varsa hansı növünün olduğunu müəyyən edəcək. Həssaslığın hər üç növünün bir ortaq cəhəti var: Qlütensiz həyat tərzinə başlamaq simptomları aradan qaldırır.

Qlüten yalnız tort, çörək və makaron məmulatlarında deyil, eyni zamanda qlütensiz görünən bir sıra qidalarda da mövcuddur. Biz sizə qlütensiz qidaları etibarlı şəkildə tapmağa kömək edəcək bir ümumi məlumat hazırlamışıq.

Qlüten əvəzinə hansı məhsullar istifadə olunmalıdır?

Qlüten yeməkdə tərəddüd edənlər, eyni qida dəyərini təmin edəcək kartof, qarğıdalı unu və qəhvəyi düyü kimi qidalar yeyə bilərlər.
Düyü və düyü unundan hazırlanan şirniyyatlar, qarğıdalı, noxud, soya, kartof, bütün tərəvəzlər, meyvələr, paxlalı bitkilər qrupu, ət, toyuq, balıq, mərcimək kimi məhsullar da bu qrupa daxildir.

Qlütensiz qidalanmanın zərərləri nələrdir?

Qlütensiz qidalanmağa başlayan Çölyak xəstələrində, incə bağırsağın qlütenə qarşı ömür boyu davam edən və xronikləşən allergiyası, həssaslığı mənasına gəlir. Bu xəstəliyə sahib olanlar qlütenli qidalar yedikdə bağırsaq mukozasındakı allergiya səbəbi ilə incə bağırsağın florasını məhv edər. Beləliklə yeyilən qidalar əmilməz, qarın ağrısı, qaz, şişkinlik, ishal, çəki itkisi, əzələ problemləri və dəmir əksikliyi kimi bir çox həyati təhlükə yaradacaq ciddi problemlər görülməyə başlayar. Çölyak xəstələri qlütensiz qidalanmağa diqqət etməyə başladıqda bağırsaq florasının yaxşılaşdığı və buna bağlı olaraq vitamin və mineral itkisinin azaldığı da görülür.

Qlütensiz qidalanmağla ilə bağlı ən çox maraq doğuran arıqlamağa kömək olub-olmamağıdır. Qlütensiz bir həyata addım atıldığında simit, makaron, xəmir kimi zərif karbohirdatlardan uzaqlaşdığımız üçün bir qədər arığlama görülə bilər. Beləliklə, aldığı enerjinin az olması səbəbindən bədənin enerjisi qaçılmaz olaraq məhdudlaşır. Ancaq tam taxıllı qidalar, iştah kontrolu, ürək damar xəstəlikləri, insulin müqaviməti kimi bir çox xəstəliyə qarşı qoruyucu olduğu üçün qlütensiz bir həyata keçmədən əvvəl bunların hamsı düşünülməli və əmin olunmalıdır. Qlütensiz qidalar qarabaşaq, kinoa, kətən toxumu, düyü, noxud, kartof, tərəvəz və meyvələr, süd məhsullarında olmadığı kimi, işlənmiş qidalar, salat sousları, hazır qidalar, biskvit kimi şəkərli yeməklərdə həddindən artıq vardır.

qaynaqlar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.