Broyler toyuqları çox təhlükəlidir!

Orqanik toyuq vs broyler toyuğu

Bu gün ucuz olsun deyə valideyn mağazadan broyler toyuğu alır, bununla yanaşı qazlı şirin içkilər, çips və başqa bu kimi qidalar da rasiona girir. Amma bütün bunların əvəzinə uşaqlarımıza az da olsa sağlam kənd toyuğu və kənd yumurtası yedirtsək olmazmı?!

İstəsək, ən azından yediyimiz toyuğun bir qismini təbii olanı ilə əvəz edə bilərik. Bəli, bugün broyler toyuqlarına hər gün yumurta verməsi üçün verilən dərmanlar kişilərimizi kişilikdən salır, kişilərdə süd vəzlərində böyümələr baş verir, prostat vəzdə hiperplaziya 2 dəfə artıq rast gəlinir. Kişilərdə tüklər tökülür, qadın tipli tüklənmə yaranır. Amma xanımlar elə düşünməsinlər ki, broyler toyuqları təkcə kişilərə təsir edir. Bu günlərdə süd vəzin və uşaqlığın xərçəngi görün neçə dəfə artmışdır. Qız uşaqlarında erkən aybaşı halları, gənc qadınlarda aybaşı pozulmalarının olması həmin dərmanların nəticəsidir.

Ümumiyyətlə, qadın xəstəlikləri, sonsuzluq son dərəcə artmış və artmaqda da davam edir.

Broyler toyuğu yemək olarmı?
Broyler toyuğu şok verməklə öldürülür. Şok verilməyin nə olduğunu izah edim. Kəsilmədən öncə toyuğa elektrik şoku verilir və sonra başı kəsilir, bu zaman 200 qrama yaxın qan toyuğun bədənində qalır. Bu, müqəddəs kitabımız Quranda yazılan “qan bizə haramdır” əmrinə zidd olan bir əməldir. Bundan başqa bəzi fərdlər elektrik şokunun təsirinə dözməyib ölür, başları aparat vasitəsilə “Bismillah”sız kəsilir.

Bu da bizim halallarımıza və haramlarımıza qoyduğumuz “diqqət”. Unutmayın, haram tikə yeyən qəlbə iman girməz.

Onu da qeyd edim ki, broyler toyuğunun 1 kq olması üçün cəmi 3.2 kq yem sərf olunur. Özü də geni dəyişdirilmiş soyadan hazırlanmış yem. Belə toyuqlar fermada o qədər zərif olurlar ki, qucağa alınanda sümükləri sınır, bunun səbəbi yetişdirildiyi qısa müddət ərzində toyuğun kifayət qədər kalsium almaması və sümüklərinin bərkiyə bilməməsidir.

İmkan daxilində, kənd toyuğundan və yumurtasından istifadə etmək, broyler toyuğunu yemək məcburiyyəti olduqda onu arabir qəbul etmək lazımdır. Məsələn, bir dəfə yeyildikdən sonra bir həftə ara vermək yaxşı olar. Elə yeyəndə toyuqların kanserogen, yəni xərçəng törətmə təsiri az olur, orqanizm özü xərçəng əmələ gəlmə riskini önləyir.

Kənd toyuğu kalsium, dəmir və ən əsası zülalla zəngindir, həmin zülallar bədən hüceyrələrinin yenilənməsini təmin edir. Toyuq əti qanda xolesterin səviyyəsi yüksək olanlar və piylənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır.

Broyler toyuqları təhlükəlidir!

Demək olar ki, hər kəsin ən çox istehlak etdiyi qidalardan birinə çevrilən broyler toyuqları, böyüdülmə prossesində yemlərində istifadə edilən antibiotiklər səbəbindən insan sağlamlığına ciddi zərər verə bilər.

Broyler toyuqları dünyanın ən çox istehlak edilən qida məhsullarından birinə çevrilmişdir. İnsan sağlamlığı üçün təhlükəli olan bu toyuqlar dünyada ötən əsrin ortalarından bəri istehlak edilməyə başlanmışdır. Araşdırmalar göstərir ki, 1930-cu illərdən bəri dünyada toyuq məhsullarının genləri ən çox dəyişdirilmişdir. 1960-cı illərdə bir toyuq təxminən 1 kiloqram ağırlığında ikən bəzi toyuqların indi 3-4 kiloqram olduğunu görürük. Bu hinduşka üçün də keçərlidir. Hinduşkanın ölçüsü və çəkisində təxminən 2 qat artım da müşahidə olunur.

GMO

Bu toyuq və hinduşka GDO (geni dəyişdirilmiş orqanizm) olduğundan bütün qidaları ətə çevirir. Toyuq təbii olaraq 12-16 həftə içində kəsilməyə uyğun hala gəlsə də, broyler toyuqları 28 gündə kəsilir.

15-26 faiz

Amerikalı alimlər, dünyanın hər yerində və inkişaf etmiş Avropa ölkələrində broyler yemlərində bir çox dərmanın olduğunu təyin etdilər. Standartlara görə, kəsilməyə gedəcək toyuqlara antibiotik və dərmanlı qidaların verilməsi kəsimdən 7 gün əvvəl mütləq dayandırılmalıdır. Əks təqdirdə, bu toyuqları yeyənlərin sağlamlığı risk altında ola bilər. Broyler toyuqlarına verilən antibiotiklərin yüzdə 15-26’sı bədənlərində qalır. Bu qalıqları toyuqlardan təmizləmək üçün müəssisələr təbii yemlərdən istifadə etməlidirlər.

Broyler toyuqları bir çox xəstəlik riskini daşıyır

Bəzi mənbələrdə broyler toyuqlarının yeminə antibiotik və hormonal preparatların daxil edilməsinin, toyuqların kökəlməsinə və müxtəlif xəstəliklərdən qorunmasına kömək etdiyi iddia edilir. Ancaq mütəxəssislər; insanlarda artıq çəki, yırtıq, diabet, mədə-bağırsaq problemləri, xərçəng və s. Broyler toyuqlarının istehlakı səbəbindən artdığını söyləyirlər.

Bu yazı Bloglar kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.