Orqanik qida məhsulları

Orqanik qida məhsulları

Orqanik qida məhsulları” dünyada olduğu kimi Azərbaycanda da tez-tez qarşılaşdığımız sözlərdən birinə çüvrilib. Orqanik qida məhsulları və yaxud orqanik qida dedikdə təmiz, qatqısız, təbbi olaraq yetişdirilmiş məhsullar ağlımıza gəlir.

Orqanik qida məhsulları nədir?

Orqanik qida məhsulları tam təbii formada istehsal olunmuş qidalardır. Belə ki kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və heyvanlarının yetişdirilməsi, habelə təbii qida məhsullarının istehsalı, emalına əsaslanan istehsal sisteminə orqanik məhsul istehsalı deyə bilərik.

Orqanik qida və ya ekoloji təmiz qida məhsulları tərkibində zərərli maddələrin miqdarı digər məhsullara nisbətən dəfələrlə az olan qida məhsullarıdır. Təbii qida məhsulları yetişdirilməsində süni gübrələrin, həşərat dərmanlarının, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırma vasitələrinin istifadə olunmadığı məhsullardır. Bu qidalar bitki və heyvan mənşəli olmaqla 2 qrupa bölünür.

Təbii qida məhsulları istehsalında hormon və gübrələrdən az istifadə olunduğu üçün torpağın mineral baxımdan zəngin olması əsas şərtlərdən biri hesab edilir. Məhz buna görə orqanik qida məhsulları mineralı az olan və gübrəli torpaqlarda yetişən məhsullardan daha dadlı olur. Təbii qida məhsullarının yetişdirildiyi əkin sahələri ətraf mühit üçün daha faydalı hesab olunur. Belə əkin sahələrində torpağın münbitliyi artır, eroziyası azalır, suya daha çox qənaət edilir, ətraf mühitin çirklənməsi azalır. Pestisiddən istifadə olunmayan əkin sahələri ətraf ərazilərdə yaşayan insanlar üçün, o cümlədən quşlar və heyvanlar üçün daha təhlükəsiz hesab olunur.

Orqanik qida məhsullarının istehsalı nə üçün lazımdır?

Orqanik kənd təsərrüfatı təbii ehtiyatların və ətraf mühitin mühafizəsini təmin edən sabit istehsal formasıdır. Təbii qida məhsullarının istehsalı zamanı balanslaşdırılmış aqroekosistemin yaradılması və kənd təsərrüfatı işlərinin gedişində kimyəvi-sintetik (süni) maddələrdən istifadə edilməməsi torpağın və ətraf mühitin çikrənməsinin qarşısını alam mühim amillərdən biridir.

İstehsalda potensial təhlükəli texnologiyaların tətbiqinin qadağan edilməsi, torpağın təbii imkanları ilə orqanik kənd təsərrüfatının harmoniyasına şərait yaradan bitki növlərinin və sortlarının becərilməsi həm məhsuldarlığı artırır həm də istehlakçıların təhlükəsiz qidalar əldə etməsini təmin edir

Təbii (orqanik) qida həmçinin heyvanların səmərəli yetişdirmə və bəslənmə metodlarının seçilməsi yolu ilə biomüxtəlifliyin və istehlakçıların sağlamlığının qorunması və onları təhlükəsiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün lazımdır.

Orqanik qida məhsullarının digərlərindən fərqləri

Orqanik qida məhsulları ilə orqanik olmayan qida məhsulları arasındakı fərq:

Orqanik qida məhsulları

  1. Təbii gübrələrlə yetişdirilir.
  2. Alaq otları əkin sahələrindən təbii şəkildə kənarlaşdırılır. Alaq otları əkin sahələrindən kimyəvi herbisidlər vasitəsilə çıxdaş edilir.
  3. Zərərvericilərə qarşı təbii üsullardan (quşlar, böcəklər, tələlər) və təbii mənşəli pestisidlərdən istifadə edilərək mübarizə aparılır.

Qeyri üzvi qida məhsulları

  1. Sintetik və ya kimyəvi gübrələrlə yetişdirilir.
  2. Alaq otları əkin sahələrindən kimyəvi herbisidlər vasitəsilə çıxdaş edilir.
  3. Zərərvericilərə qarşı sintetik pestisidlərdən istifadə edilərək mübarizə aparılır.

Orqanik ət, süd, yumurta

Orqanik süd məhsullarına bu linkdən baxa bilərsiniz

  1. Heyvanlara orqanik yem verilir.
  2. Heyvan xəstəliklərinin qarşısını almaq üçün onların saxlandığı yerləri təmiz saxlamaq və sağlam bəslənməni təmin etmək kimi təbii üsullardan istifadə olunur.
  3. Heyvanların açıq havaya çıxışı olmalıdır.

Orqanik olmayan ət, süd, yumurta

  1. Heyvanlara daha sürətli böyümək üçün süni zənginləşdirilmiş yem verilir.
  2. Heyvan xəstəliklərinin qarşısını almaq üçün antibiotiklər və dərmanlardan istifadə olunur.
  3. Heyvanların açıq havaya çıxışının olması vacib deyil.

Orqanik qida məhsulları istehlakının faydaları

Antioksidant tərkibli olması

Təbii qida məhsullarının tərkibində faydalı antioksidantların miqdarı çox, digər zərərli maddələrin miqdarı isə minimum səviyyədə olur. Bu məhsulların istehlakı zamanı orqanizmə daxil olan antioksidantlar ürək-damar xəstəliklərinin, görmə problemlərinin, erkən qocalmanın qarşısının alınmasında faydalı hesab olunur.

Ətraf mühitə təsiri

Təbii qida məhsullarını yetişdirərkən əkin sahələrində hormon və gübrələrdən az istifadə edildiyi üçün torpağın mineral baxımdan zəngin qalmasını və ətraf mühit üçün daha faydalı olduğu hesab edilir. Bu səbəbdən orqanik məhsullar, həmçinin ekoloji təmiz məhsullar hesab edilir.

Orqanik bitki məhsullarının tərkibi quru maddələr və minerallarla (Fe, Mg) zəngindir. Həmçinin fenollar və salisilik turşusu kimi daha çox antioksidant mikroelementlər ehtiva edir. Orqanik olaraq yetişdirilən qidalarda pestisid qalıqları demək olar ki, rast gəlinməmişdir (94-100 % pestisidsiz). Tərəvəzlərdə nitratların miqdarı ənənəvi becərmələrlə müqayisədə təxminən 50 % azdır. Orqanik dənli, taxıl bitkilərində mikrotoksinlərin miqdarı ənənəvi ilə müqayisədə eyni miqdarda olduğu müşahidə edilmişdir. Orqanik yetişdirilmiş bəzi meyvə-tərəvəzlərdə (çiyələk, şaftalı, armud, kartof, pomidor və brokkoli) C vitamininin miqdarının orqanik olmayanlarla müqayisədə daha yüksək olduğu müşahidə edilmişdir.

Orqanik yetişdirilən

Orqanik yetişdirilən inəklərdən əldə edilən ətlərdə daha çox doymamış yağ turşularına malik olduğu müşahidə edilmişdir. Hollandiya, İngiltərə, Danimarka və ABŞ-da südlə bağlı aparılan tədqiqatlar, orqanik olaraq yetişdirilən heyvanların südündə ənənəvi sistemlərdən alınan südlə müqayisədə linoleik turşusu (CLA) və Omeqa 3-ün daha yüksək olduğunu göstərir.

Təbii məhsulların satışını həyata keçirmək üçün dünyada və ölkəmizdə marketlər şəbəkəsi fəaliyyət göstərir. Təbii məhsulları, ənənəvi və sənayeləşdirilmə üsulu ilə yetişdirilmiş və ya emal edilmiş qida məhsullarından fərqləndirmək üçün üzərinə “orqanik” etiketi vurulur.

Bütün bunları nəzərə alaraq, orqanik məhsulların C vitamini, fenolik birləşmələr, mineral maddələrlə və antioksidant ilə zəngin olması səbəbindən insanların sağlam qidalanması baxımından daha xeyirli olduğunu söyləyə bilərik.

Orqanik istehsal haqqında Azərbaycan Respublikası Qanun

Bu yazı Bloglar kateqoriyasına əlavə olunmuşdur. Yazını Bookmark edin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.