Yuxudan əvvəl bu nahiyədə ağrı xərçəng əlaməti ola bilər

Mədəaltı vəzin xərçəngi ilk mərhələlərdə simptomsuz, ağrısız keçir.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkimlər yatmazdan əvvəl və yataqda qarının yuxarı hissəsi və kürəkdə ağrıların olmasının mədəaltı vəzidən ola biləcəyini bildirir.

Yuxuya gedən anda belə ağrıları hiss etmək şübhəlidir. Eləcə də gün ərzində ağrı olmur, ancaq günorta uzanıb istirahət edəndə həmin hissədə ağrı başlayıb kürəyə vurursa bu problemdən şübhələmək olar.

Mədəaltı vəz şişlərinin digər əlamətləri də üz, bədən, göz içində sarılıqdır. Amma bu artıq şiş böyüyüb, öd axarlarını tutanda olur.

Eləcə də iştahın azalması, arıqlama, qarında şişkinlik, bədəndə hərarətin tez-tez 37-ni keçməsi də əlamətlərdən ola bilər.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.