Ambulator ustalıq dərsləri: Komorbid pasiyent – dövrümüzün “qəhrəmanı”

Komorbidlik anlayışı altında patogenetik (yaranma mexanizminə görə) qarşılıqlı əlaqəsi olan bir və daha artıq xəstəliklərin və ya sindromların eyni vaxtda keçməsidir. Latıncadan tərcümədə komorbid­liyin iki məna yüklü hissəsi var: “co” – birlikdə və “morbus”- xəstəlik.

Hazırkı dövrdə poliklinikaya və ya stasionara müraciət edən pasiyentin təsviri fərqli xəstəliklərin birləşməsi ilə təzahür olunur. Qanunauyğun sual çıxır ortaya: bu sadəcə xəstəliklər toplumudur, yoxsa hər nozologiya başqasına təsir etməklə patomorfozu dəyişir, polipraqmaziyanın və neqativ proqnozun artmasına səbəb olur? Bu diskussiya əsrlərlə davam edir. Ayrı xəstəliklərin olmaması, orqanizmi bütöv qəbul etmək, əvvəl keçirilmiş xəstəlikləri, yanaşı patologiyanı nəzərə almaq, risk amillərini bilmək, proqnoz, potensial fəsadlar və s. faktorları nəzərə almaq zərurəti haqqında hipoteza çox-çox əvvəllər irəli sürülüb.

Orqanik.az ailehekimi.az-a istinadən bildirir ki, kombinə olunmuş patologiyanın təfsiri 20-ci əsrin ikinci yarısında aydınlaşır, o zaman ki, 1970-ci ildə amerikalı alim, epidemioloq A.R. Feinstein ilk dəfə komorbidlik anlayışını elmə daxil edir. Professor Feinstein komorbidlik hadisəsini kəskin revmatik qızdırmalı xəstələr arasında eyni vaxtda bir neçə xəstəliklərdən əziyyət çəkənlərdə daha pis proqnozla nümayiş etmişdir.

Beləliklə, bir çox xəstəliklərin klinik əlamətlərinə, diaqnostikasına, proqnozuna və müalicəsinə komor­bid patologiyanın təsiri çoxşaxəli və fərdidir. Xəstəliklərin, yaş faktorunun və dərman patomorfozunun qarşılıqlı əlaqəsi əsas nozologiyanın klinik gedişatına, xarakterinə və fəsadların ağırlığına əhəmiyyətli dərəcədə təsir edir, xəstənin həyat keyfiyyətini azaldır, müalicə-diaqnostika prosesini məhdudlaşdırır və ya çətinləşdirir.

Komorbidliyin növləri: transsindromal, transnozoloji və xronoloji.
İlk iki variant bir pasiyentdə patogenetik cəhətdən qarşılıqlı əlaqəli iki və/və ya daha çox sindromun ya xəstəliklərin mövcudluğu ilə bağlıdır, sonuncusu isə onların təsadüfi birləşməsi ilə bağlıdır.

Komorbidliyin təsnifatı
Xronoloji komorbidlik: ÜİX və AXOX (ağciyər­lə­rin xroniki obstruktiv xəstəliyi)
Transnozoloji komorbidlik: ÜİX və HX (hiperto­nik xəstəlik)
Transsindromal komorbidlik: xroniki böyrək xəstə­likləri və anemiya
Komorbidliyin çoxsaylı sinonimləri var: polimorbidlik, multimorbidlik, multifaktorial xəstəliklər, po­li­patiya, yanaşı xəstəlik, ikili proqnoz, plüripatolo­giya və s.

Pasientdə komorbidliyin inkişaf etməsinə çox faktorlar təsir edir, o cümlədən:
1. xroniki infeksiya;
2. iltihablaşma;
3. involütiv və sistemli metabolik pozuntular;
4. yatrogeniya, sosial mövqe;
5. ekologiya;
6. genetik meyllilik.

Komorbidliyin mahiyyəti anatomik oxşarlıq, vahid patogenetik formalaşma mexanizmi və klinik variantların və fəsadların səbəb-nəticə əlaqəsi ilə izah olunur.
Klinik-morfoloji analizə əsasən, komorbidliyin beş əsas variantı mövcuddur:
1. Səbəbli komorbidlik – müxtəlif orqanların və sistemlərin vahid patoloji agentin təsirindən törənən paralel zədələnməsi ilə bağlıdır.
2. Fəsadlaşmış komorbidlik – əsas xəstəliyin nəticəsi olaraq hədəf-orqanların zədələnməsi ilə təzahür olunur, misal üçün, şəkərli diabet zamanı irinli-septik fəsadlar.
3. Dəqiqləşdirilmiş komorbidlik – xəstəliyin ehtimal olunan vahid patogenetik inkişaf mexanizmlərini nəzərdə tutur, amma bu ehtimalın təsdiq edilməsi tələb olunur, misal üçün, sistemli aterosklerotik proses.
4. Yatrogen komorbidlik – tibbi proseduranın qabaqcadan təyin olunmuş təhlükəsi şərti ilə pasiyentə məcburi həkim təsiri zamanı inkişaf edir, misal üçün, qlükokortikosteroidlərin təsiri.
5. Dəqiqləşdirilməmiş komorbidlik – xəstəliklərin “məntiqsiz” birləşməsi ilə və gələcəkdə klinik və elmi mövqedən izah oluna biləcəyi ilə bağlıdır, misal üçün, ateroskleroz, revmatoidli poliartrit, onkoloji xəstəlik və s.
Ambulator təcrübə əsnasında komorbidliyin əsas xüsusiyyətləri nəzərə alınmalıdır:
1. İlkin səhiyyə xidməti strukturunda çalışan həkimlərin təcrübəsində komorbid patologiyalı pasiyentlərin sayı artıb.
2. Komorbidlik – letal sonluğun risk amili­dir, xəstə­liyin proqnozuna və xəstənin həyat keyfiy­yə­ti­nə təsir edir. Bu pasiyentlərin “dar ixtisaslı” mütəxəssislər tərəfindən müşahidə olunması yetərincə effektiv deyil.
3. Hazırda “ilkin xətt” həkimlərinin komorbid xəstələrin klinik-terapevtik xüsusiyyətləri haqqında bilikləri kifayət qədər deyil.
4. Komorbid xəstəliklər zamanı polipraqmaziya və onun mənfi nəticələri qaçılmazdır, belə ki, eyni vaxtda 10 dərman vasitəsindən çoxunun istifadəsi mənfi halların və mənfi dərman əlaqəsi riski 100% artır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.