Yüksək təzyiqin müalicəsində bu səhvə yol verilir- Həkim

Hipertoniya xəstələrinin yarıdan çoxu müalicədə bu səhvə yol verir.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, həkim Aleksandr Myasnikov insanların dərman qəbulundan sonra yaxşı nəticələr aldığını
görüb, bununla müalicənin bitdiyini və dərmanları kəsdiyini bildirib.

“Xəstələr anlamır ki, hipertoniya ömürlükdür, belə müalicə ilə onlar qalan ömürləri boyu məşğul olmalı olacaqlar.
Əgər həkim xəstəyə təzyiq dərmanı təyin edibsə, onlar bu dərmanı müntəzəm və həmişəlik qəbul etməlidir.

Dərmanların adı, dozası həkim tərəfindən klnik əlamətlərə uyğun dəyişdirilə bilər.

Özünüzü yaxşı hiss edirsizsə, daha təzyiqiniz qalxmırsa, bu o demək deyil ki, müalicəni atmalısız.
Əgər sizin dayanıqlı hipertoniyanız varsa, dərmanları həmişə, ömrünüzün sonuna kimi qəbul etməlisiz.

Biz xəbərdar edirik ki, dərmanları atdıqdan sonra hipertoniya qayıdacaq. Eləcə də xəstənin həkimsiz, özünün gedib təzyiq dərmanı alıb içməsi yol verilmir.

Həkimlər xəstəni 3-6 hələ müşahidə edəcək ki, ona dərman lazımdır ya yox. Bəzən qidalanma, gəzmək, bəzi vərdişlərdən çıxmaqla, arıqlamaqla təzyiq aşağı düşə bilir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.