Qaraciyər sirrozunun səbəbi təkcə içki deyil- Məşhur həkim

Sirrozun təkcə içki içənlərdə əmələ gəlməsi fikri kökündən yanlışdır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, professor Yelena Malışeva sirrozun digər səbəblərini açıqlayıb.

“Sirroz ancaq alkoqoliklərdə olur fikri mifdir. Statistika göstətir ki, qaraciyərin bu xəstəliyinə səbəb təkcə içki deyil. Xəstələrin içində heç spirtli qəbul etməyənlər də var.
Sirroz daha çox piylənməsi olan insanlarda yaranır, hansı ki, zərərli qidalanır və az hərəkət edir.

Qaraciyər yağlı hepatoza tutulanda, onun toxumasında piy komponentləri artır, bu da ümumi orqanda iltihabı yüksəldir.
İltihablanmış qaraciyərdə hüceyrələrin özünü bərpası olmur və toksinlərdən təmizlənmir.

Nəticədə o bərkiyir, çapıqlaşır. Fibroz əmələ gəlir, bu fibroz müəyyən şərait yaranan kimi sirroza keçə bilir.
Soyuq aylarda insanlar çox yeyib, az hərəkət edir. Bütün bunlar qaraciyərə neqativ təsir göstərir və yağlanmasına səbəb olur. Qışda qida və hərəkətə daha çox fikir vermək lazımdır”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.