ÜST “meymun çiçəyi” ilə bağlı daha bir məlumat yaydı

Qarşıdan gələn yay mövsümündə “meymun çiçəyi” xəstəliyinin yayılma təhlükəsi var.

Orqanik.az report-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib.

ÜST-ün məlumatına görə, bununla bağlı xüsusi peyvənd yoxdur, lakin adi çiçək peyvəndi də “meymun çiçəyi” xəstəliyinə qarşı 85 % effektivdir.

Eyni zamanda, ÜST-nin Avropa ofisi yay aylarında keçirilən festivalların və digər kütləvi tədbirlərin “meymun çiçəyi” virusunun yayılmasını artıracağından ehtiyat edir.

Avropada ilk təsdiqlənmiş yoluxma halı mayın 7-də qeydə alınıb və iki həftə sonra artıq yoluxma halı 100-ə yaxınlaşıb. Ola bilsin ki, virusun sürətlə yayılmasına həm də Avropa İttifaqı (Aİ) ölkələrində koronavirus məhdudiyyətlərinin tamamilə aradan qaldırılması kömək edib.

Qeyd edək ki, dünyada “meymun çiçəyi” xəstəliyinin aşkarlandığı ölkələrin sayı 13-ə, virusa yoluxma ilə bağlı təsdiq olunmuş hallarln sayı 92-yə çatıb.

Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, İsveçrə və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.