“Meymun çiçəyi” xəstəliyini Rusiya yayıb? – Sensasiyalı iddia

Böyük Britaniyanın “Mirror” nəşri Rusiyanı “meymun çiçəyi” xəstəliyini yaymaqda ittiham edib.

Orqanik.az publika.az-a istinadla xəbər verir ki, materialın müəllifləri Rusiya Federasiyasının “meymun çiçəyi” xəstəliyindən bioloji silah kimi istifadə imkanını nəzərdən keçirdiyini bildiriblər. 

Müəlliflər məqalədə sovet ordusunun keçmiş polkovniki, mikrobioloq Kanatjan Alibekova istinad ediblər. Alibekov “meymun çiçəyi” ilə bağlı təcrübələrin davam etdiyini qeyd edib. Mikrobioloq onu da bildirib ki, Rusiyada bioloji silahların yaradılması üzrə işlər dayandırılmayıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada 92 təsdiqlənmiş “meymun çiçəyi”nə yoluxma hadisəsinin olduğu barədə məlumat yayıb. Yoluxan şəxslər haqqında məlumat endemik olmayan 12 ölkədən ötürülüb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.