Uşaqlarda “Omikron”un simptomları hansılardır? – Pediatr açıqladı

Koronavirusun “Omikron” ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri – kiçik bronxların iltihabı müşahidə olunur.

Orqanik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib.

Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur.

Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. “Omikron”da temperatur adətən 38 və ya 38,5 dərəcə olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.