Ürəyi qorumaq istəyənlər oxusun. Yalnız 3 ŞƏRT!

Böyük Britaniya və Amerika kardioloqları ürək xəstəliklərindən qoruyan əsas 3 amil aşkar ediblər.

Onların fikrinə görə, ürəyi və damarları bir çox xəstəliklərdən qorumaq üçün yalnız bu 3 şərtə əməl etmək kifayətdir:

– Düzgün qidalanmaq. Burada əsasən Aralıq dənizi pəhrizi nəzərdə tutulur. Bu pəhriz ürək-damar sistemi üçün ən faydalı pəhriz sayılır. Aralıq dənizi pəhrizi dedikdə zeytun yağı, tərəvəzlər, balıq və qoz-fındıqla zəngin olan pəhriz nəzərdə tutulur.

Bu zaman rəfinə edilmiş karbohidratlar (şəkər, şirniyyatlar) qidalanmada minimuma çatdırılmalıdır.

– Stresdən uzaq olmaq. Bu da ən vacib şərtlərdən biridir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, stress, xüsusilə xroniki stress ürək-damar sistemi xəstəliklərinin əsas risk faktorlarından biridir.

– Fiziki aktivlik. Alimlər insanlara ən azı həftədə 3 dəfə 30 dəqiqə ərzində tez yeriməyi tövsiyə edir. Mütəxəssislərin fikrinə görə, tez yerimək qaçmaqdan daha faydalıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.