Qaraciyər, böyrək və sümük iliyi transplantasiyası tibbi xidmətlər zərfinə daxil ediləcək

Bu il orqan transplantasiyasının tibbi xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulub.

Orqanik.az APA-ya istinadən bildirir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Nigar Hüseynova deyib. Onun sözlərinə görə, bura qaraciyər, böyrək və sümük iliyinin transplantasiyası əməliyyatları daxildir:

“Bu il tibbi xidmətlər zərfini genişləndirmək üzərində işləyirik. Yeni xidmətlər zərfində koxlear implantasiya və endoprotezlərin limitinin artırlıması, eyni zamanda, koxlear implantasiya üçün yaş həddinin uzadılması gözlənilir”.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.