Həftədə iki və ya daha çox porsiya avokado yemək ürək-damar xəstəlikləri riskini azaldır. Eyni zamanda avokadonu müəyyən yağ tərkibli qidalarla (yağ, pendir və ya işlənmiş ət) əvəz etmək də sağlamlığın pisləşməsinin qarşısını alır.
Orqanik.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Harvard Xalq Sağlamlığı Məktəbinin alimləri məlumat yayıb.
“Journal of the American Heart Association”da dərc olunan məqalədə deyilir ki, 30 il ərzində tədqiqatçılar yaşı 30-55 arası olan 68 780-dən çox qadının vəziyyətini təhlil ediblər. Səhiyyə İşçiləri isə Araşdırmasında 40-75 yaş arası 41.700-dən çox kişinin sağlamlıq durumunu izləyiblər. Tədqiqatın bütün iştirakçıları araşdırmada iştirak etməyə başlayanda xərçəng, koronar ürək xəstəliyi və insultdan əziyyət çəkməyib.
Tədqiqatçılar verilən yemək davranışı anketlərinə əsasən ilkin mərhələdə və hər dörd ildən bir iştirakçıların pəhrizlərini qiymətləndirdilib. 30 ildən çox izləmə zamanı 9185 koroner ürək xəstəliyi və 5290 insult qeydə alınıb. Hər həftə ən azı iki porsiya avokado yeyən tədqiqat iştirakçılarının ürək xəstəliyi riski 16 faiz, koroner ürək xəstəliyi riski isə 21 faiz azalıb. Bildirilib ki, marqarin, yağ, yumurta, qatıq, pendir və ya donuz əti kimi işlənmiş ətləri gündə uyğun miqdarda avokado ilə əvəz etmək ürək-damar xəstəlikləri riskini 16-22 faiz azaldır. Avokadoda pəhriz lifi, doymamış yağlar, o cümlədən mono doymamış yağlar və ürək-damar sağlamlığını təşviq edən digər faydalı birləşmələr var. (publika.az)
Orqanik.az