Günəbaxan tumunun təhlükələri

Rusiya Milli Diyetoloqlar Assosiasiyasının üzvü Marina Makişa “Moskva 24” telekanalına müsahibəsində günəbaxan tumlarının həddindən artıq istifadəsinin insan orqanizmi üçün təhlükəli ola biləcəyini deyib. 

Orqanik.az xəbər verir ki, həkimin sözlərinə görə, bu məhsul yüksək kalorili olduğu üçün çəki artımına səbəb ola bilər. 

Belə ki, 50 qram soyulmuş tumda təxminən 400 kilokalori var. 

Diyetoloq qeyd edir ki, bu, tam yeməklə müqayisə oluna bilər. 

Diyetoloq, professor Mixail Ginzburq isə tumun qastritli insanlara zərər verə biləcəyini əlavə edib: “Tumu çeynəyərək udduğumuz zaman iti kənarlar əmələ gətirir. Və bu kənarlar eroziyanı olduqca yaxşı qıcıqlandıra bilər, yəni qastrit və mədə xorası xəstəliyinin şiddətlənməsinə səbəb ola bilər. Eyni zamanda istisna deyil ki, tumlar allergiyaya da səbəb ola bilər”. 

Diyetoloq Yelena Solomatina isə günəbaxan tumlarını yaz rasionuna daxil etməyi məsləhət görüb, çünki onlar çoxlu sink ehtiva edir və reproduktiv funksiyaları yaxşılaşdırır. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.