Your Cart

Ürək xəstəliklərinin nadir rast gəlinən səbəbi

Səhər yeməyi zamanı istifadə edilən kərə yağı və pendirdən ibarət sendviç sağlamlıq üçün təhlükəlidir.

Orqanik.az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Sergey Vyalov instaqram səhifəsində qeyd edib.

Həkim bildirib ki, tez-tez istifadə edilən sendviçlər mədəaltı vəziyə həddən artıq yüklənir. Nəticədə pankreatitin inkişaf riski artır.

Bundan əlavə, belə qəlyanaltı ürək-damar sisteminə də zərər verə bilər. Heyvan mənşəli qidalar qanda xolesterin və triqliseridlərin səviyyəsini yüksəldir, ateroskleroz tez inkişaf edir. Həmçinin ürəyin işemik xəstəliyi yaranır, infarkt riski artır.

Vyalovun fikrincə, pendir və yağlı sendviçlərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. O, qida qəbulu zamanı həm heyvan, həm də bitki mənşəli qidalardan istifadəni tövsiyə edib. (publika.az)

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Worldwide shipping

On all orders above $50

Easy 30 days returns

30 days money back guarantee

International Warranty

Offered in the country of usage

100% Secure Checkout

PayPal / MasterCard / Visa