Saçların tökülməsinə səbəb olan yanlışlar

Bir çox xanım şampun reklamlarındakı sağlam saçlara sahib olmağı xəyal edir. Ancaq genetik faktorlar, irəliləyən yaş, saç tipi və ya səhv baxım onların tökülərək seyrəlməsinə səbəb olur. Təbii ki, gündə orta hesabla 50-100 saç tökülməsi normaldır, lakin artımda dəyişiklik olduqda problem dərhal aradan qaldırılmalıdır.

Orqanik.az Axşam.az-a istinadən saç tökülməsini, itirdiyi həcmi, parlaqlığı azaldan yanlış baxım üsullarını təqdim edir.

1. Saçları tez-tez yumaq

Su və şampundan tez-tez istifadə etmək saça zərərlidir. Həftədə 3 dəfə bu prosesi etmək kifayətdir. Çox yumaq baş dərisindəki qoruyucu bakteriyaların yox olmasına, baş dərisinin və saçın qurumasına səbəb olur.

2. Ardıcıl çoxlu saç baxım məhsullarından istifadə

Serumlar, həcm verən spreylər, köpüklər… Saçların daha yaxşı görünməsi üçün bir-birinin ardınca tətbiq etdiyiniz bu məhsullar saçları zamanla cansız edir. Onların həcmli və formalı görünməsi üçün bir qədər köpük və ya spreydən istifadə baxım üçün kifayətdir.

3. Stresi azaldın

Stresin orqanizmdə təsir etmədiyi yer yoxdur. Saçlar da onlardan biridir. Stresin səbəb olduğu saç tökülməsi müxtəlif ölçülərdə baş verir. Sonrakı mərhələlərdə bəziləri alopesiya adlanan regional keçəlliyə gətirib çıxarır. Bəzi şəxslərdə isə bütün saçın tökülməsi ilə nəticələnir.

4. Saçqurutma prosesinə diqqət edin

Ehtiyac olmadığı müddət ərzində saçları təbii şəkildə qurutmağa çalışın. Fendən istifadə etmək məcburiyyətindəsinizsə, yüksək istilikdən, maşını çox yaxından tutmaqdan qaçın. 

5. Düzgün qidalanma

Saçlarınız getdikcə daha çox tökülürsə, qanda D vitamini və dəmir səviyyəsini yoxlamaq faydalıdır. Düzgün qidalanmamaq orqanizmdə olduğu kimi saçlarda da öz mənfi təsirini göstərəcək.

Orqanik.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.