Təzyiqi salmağa yardım edən adi QİDA MƏHSULLARI – Kardioloqun SİYAHIsı

Hipertoniya çox təhlükəli və olduqca yayılmış pozulmadır. Yüksək təzyiq ürək və damarları sıradan çıxardır, infarkt, insult və böyrəklərin fəaliyyətinin pozulmasına səbəb olur.

Orqanik.az bildirir ki, tək “təzyiq” dərmanlarının qəbulu təzyiqi normada saxlamağa kömək etmir. Bu işdə müəyyən pəhriz və fiziki aktivlik də böyük rol oynayır.  

Yel Tibb Məktəbinin (ABŞ) kardioloqu Harlan Krumxolts NHS portalına bildirib ki, kaliumla zəngin olan qida məhsulları təzyiqi salır və damarları qoruyur. Kalium orqanizmdən təzyiqin yüksəlməsinə səbəb olan natriumu xaric edir və həmçinin damarların gərginliyini azaldır. Orqanizmdə kaliumun səviyyəsini artırmaq üçün qidalanmaya banan, ispanaq, paxlalılar kimi kaliumla zəngin olan məhsulları əlavə etmək lazımdır.

Bundan əlavə kardioloq müntəzəm olaraq zəyərək (kətan) toxumunu qəbul etməyi tövsiyə edir.

Digər faydalı məhsul tünd şokoladdır. Tünd şokolad damarlarda gərginliyi azaldır və qan dövranını yaxşılaşdırır. Bunlar isə təzyiqi salmağa yardım edir.

Həmçinin mütəxəssis hipertoniyadan əziyyət çəkənlərə hər gün ən azı 30 dəqiqə ərzində piyada gəzməyi tövsiyə edib.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.