Böyrəkləri xroniki xəstəliklərdən necə qorumalı? Çox sadə TÖVSİYƏLƏR

Böyrəkləri xroniki xəstəliklərdən qorumaq üçün bəzi sadə qaydalara riayət etmək lazımdır. Bunu beynəlxalq alimlər qrupu aşkar edib.

Orqanik.az Journal of the American Society of Nephrology istinadla bildirir ki, mütəxəssislər böyrəklərin sağlamlığının qorunmasına həsr olunmuş genişmiqyaslı araşdırma aparıblar. Araşdırmada 16 ölkədən olan 2,5 mln. insan iştirak edib.  

Araşdırmanın nəticələrinə əsaslanaraq mütəxəssislər böyrəkləri xroniki xəstəliklərdən qorumaq üçün bu kimi tövsiyələr verib:

– tərəvəzlərlə zəngin olan qidalanmaya üstünlük verin.

– kaliumun qəbulunu artırın. (Əsas qida mənbələri: banan, ərik və ərik qurusu, kişmiş, kartof, lobya, qara gavalı, badam, mərci, noxud, araxis, keşyu, badam.)

– fiziki aktivliyinizi artırın.

– siqaretdən imtina edin.

– spirtli içkilərinin qəbulunu minimuma azaldın.

– duzun qəbulunu azaldın.

Alimlər sübut edirlər ki, bu tövsiyələrə riayət etməklə xroniki xəstəliklərin riskini 22% qədər azaltmaq mümkündür.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.