Sürətli yerimək erkən ölüm riskini AZALDIR

Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə sürətli yerimək vaxtından əvvəl ölüm riskini azaldır.

Orqanik.az Lent.az-a istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir və xərçəngdən təxminən iki dəfə çox ölümlə nətcələnir.

Fiziki fəaliyyət bu vəziyyətlərin baş vermə ehtimalını azalda bilər. Ekspertlər fiziki fəaliyyət səviyyələri ilə ürək xəstəliyi, xərçəng və erkən ölüm riski arasındakı əlaqənin bu günə qədər ən böyük təhlilini təqdim etmək üçün 30 milyondan çox iştirakçının 196 araşdırmasını nəzərdən keçiriblər.

Müəlliflər belə nəticəyə gəliblər ki, gündə 11 dəqiqə (həftədə 75 dəqiqə) sürətli gəzinti və ya velosiped sürmək kimi orta intensivlikli məşq ürək xəstəliyi, insult və bəzi xərçəng növləri vaxtından əvvəl ölüm riskini azaltmaq üçün kifayətdir. 

Xüsusilə, ürək-damar xəstəliklərinin aşkarlanma şansı 17 faiz, xərçəng isə ümumilikdə 7 faiz azalıb. Bəzi xərçəng növləri üçün azalma daha da böyük olub: baş və boyun şişləri, miyeloid leykemiya, miyeloma və mədə kardiya xərçəngi 14-26 faiz daha az diaqnoz qoyulub. Ağciyər, qaraciyər, endometrium, kolon və döş xərçəngi üçün ehtimallar 3-11 faiz azalıb.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.