Paketlənmiş şirələr aqressiv kimyəvi maddə ilə doludur – ŞOK

Dietoloq İrina Berejneva müsahibəsində bildirib ki,, paketlənmiş müyvə şirələrini mütəmadi içmək orqanizmi məhv edir.

Orqanik.az “Medicina”-ya istinadən xəbər verir ki, paketlərdəki şirələrin tərkibində çox yüksək şəkər konsentrasiyası olduğunu daim yada salmaq və buna görə uzaq durmaq lazımdır.

Berejnaya misal olaraq söylədi ki, bir stəkan alma şirəsində beş almanın tərkibindəki ekvivalent miqdarda şəkər var.

Dietoloq xəbərdarlıq edir ki, eyni vaxtda çox miqdarda şəkər istehlakı, mədəaltı vəzinin işinə mənfi təsir göstərə bilər və endokrin xəstəliklərin inkişafına kömək edir, qan şəkəri səviyyəsində kəskin sıçrayışlara və insulinin həddindən artıq sərbəst buraxılmasına səbəb ola bilər.

Bundan əlavə paketlənmiş şirələr dişlərə və mədəyə ziyandır. Diyetoloqlar tövsiyyə edir ki ,təbii hazırlanmış şirə və komportlardan istifadə edilsin.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.