Soyuq havada çox isti geyinmək trombozu artırır

Soyuq havada həddindən artıq isti geyim tromboz yaradır.

Orqanik.az Orqanik.az-a istinadən bildirir ki, bu barədə rusiyalı cərrah və kardioloq Vladimir Xoroşev xəbərdarlıq edib.

“Havanın temperaturu cəmi üç-dörd dərəcə istilik və ya şaxtadırsa, adam isə on doqquz şərflə bürünüb və üç sviter geyinibsə, bu trombozun meydana gəlməsinə səbəb olur. Çünki istixana effekti yaranır, bu da trombların əmələ gəlməsinə meyli artırır”, – deyə o, bildirib.

Mütəxəssis bunun əksinə çox üşümənin – donmanın da qan laxtalarının əmələ gəlməsinə səbəb olduğunu bildirib.

Bundan başqa ətrafların travması, COVID-19-un fəsadları və xroniki xəstəliklər trombozun səbəbləri arasında göstərilib.

Xoroşev əlavə edib ki, kəskin trombozun ilk əlaməti trombozun haradan yaranmasından asılı olaraq hiss olunan ağrıdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.