Oynaq ağrılarının səbəbləri və müalicə üsulları

Oynaqlarda yaranan ağrılar çoxlarını narahat edən problemdir. Həmin ağrıların səbəbləri kimi, müalicə üsulları də fərqlidir və onlar rentgen, ultrasəs, laborator metodlarla müayinə nəticəsində müəyyən edilir. Oynaq ağrıları çox vaxt kəskin infeksiyaların əlaməti sayılır.

Orqanik.az bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova deyib: “Oynaq ağrısı özü bir simptomdur və hansısa xəstəliyin fonunda yaranır. Səbəblərdən bəhs edəndə ilk növbədə travmadan sonra yaranan ağrılar, revmatik xəstəliklərin fonunda və infeksion xəstəlikləri zamanı, eləcə də yaşla əlaqədar osteoartrit və osteartroz zamanı yaranan oynaq ağrılarını qeyd etmək olar. Həmin ağrılar xəstənin normal hərəkətini məhdudlaşdırır”.

Oynaqda ağrı hiss etdikdə mütləq həkimə müraciət etmək lazımdır. Onun dediyinə görə, nə qədər tez müraciət olunarsa, problem də o qədər tez aradan qaldırılar: “Yaşla əlaqədar osteartrit və osteartroz zamanı ağrılar ən çox dizlərdə, bud və çanaqda müşayiət olunur. Bu zaman fizioterapevtik müalicələr daha səmərəli nəticələr verir. Maqnit sahəsi ilə, zərbə dalğalı terapiya, lazer müalicəsi və digər prosedurlar icra olunur. Eyni zamanda müalicəvi idman prosedurları da faydalıdır. Müalicəvi idmanın əhəmiyyəti odur ki, əzələ nə qədər güclü olursa, oynağa düşən yük də o qədər azalır”.

Oynaq ağrıları xroniki deyilsə, onu evdə də müalicə etmək olar. Bu barədə məlumat verən həkim-fizioterapevt deyib: “Əgər yüngül ağrılar varsa, davamlı deyilsə və normal hərəkəti məhdudlaşdırmırsa, onda xəstə evdə ağrıkəsicilərdən istifadə edə bilər. Bəzi vaxtlar ağrılı nahiyəyə buz və ya isti islatma qoymaq olar. lakin ağrılar 72 saatdan artıq davam edirsə, mütləq həkimə müraciət olunmalıdır”.

Oynaqları qorumaqla artrit və artroz kimi xəstəliklərə tutulma riskini azaltmaq olar. Bunun üçün ilk növbədə hər gün açıq havada bir saat gəzmək və çoxlu maye qəbul etmək lazımdır.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.