Şişkinlik yaradan qidalar

Qarın bölgənizin daha düz və hamar olmasını istəyirsinizsə, lakin həzmsizlik və şişkinlik kimi şikayətləriniz varsa, sadalanan qidalardan uzaq durun.

– Saqqız

Saqqız çeynəmək çox hava udmağınıza səbəb olduğu üçün həzm sisteminizdə təzyiq, şişkinlik və qaz əmələ gətirəcəkdir.

– Kələmkimilər

Bəzi insanlar ferment çatışmazlığı səbəbilə brokoli, kələm, gül kələm kimi tərəvəzləri tam olaraq həzm edə bilmirlər. Bu da nəticədə şişkinliyə səbəb olur.

– Sərt çəyirdəkli meyvələr

Şaftalı, ərik kimi bəzi meyvələrin tərkibində şəkər spirti olduğu üçün qaz əmələ gətirə bilər.

– Paxlalılar

Soya, noxud, mərcimək kimi qurupaxlalıların içərisində incə bağırsaqda əmilən bir şəkər növü vardır. Buna görə də paxlalıların həzmi şişkinliyə və qaza səbəb olur.

– Mədən suyu

Mədən suyundakı qabarcıqlar və digər qazlı içkilər şişkinlik əmələ gətirir.

– Duz

Duzun suyu saxlamaq xüsusiyyəti şiş nisbətini artıra bildiyi üçün şişkinliyə səbəb ola bilər.

– Süd məhsulları

Bəzi insanların laktoza dözümsüzlüyü olduğu üçün süd və süd məhsullarını lazımınca həzm edə bilmirlər. Bu da nəticədə şişkinlik əmələ gətirir.

– Saf karbohidratlar

Saf karbohidratlar yüksək qlisemik indeksə malik olduqları üçün digər karbohidratlara nisbətən daha çox şişkinlik və qaz yarada bilərlər.

– Ədviyyatlar

Ədviyyatlı qidalar mədədəki turşu nisbətini artırır ki, bu da mədədə yanğı hissi və narahatlığa səbəb olur.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.