Pomidor suyu klimaksın təsirlərini azaldır

Tokio Tibb Universitetindən olan elm adamlarının apardığı araşdırma gündə 2 stəkan pomidor suyunun klimaks dövrünün daha rahat keçirilməsini təmin etdiyini göstərib.

Alimlər 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 millilitr pomidor suyu içməsini istəyib və iştirakıların vəziyyəti araşdırılıb. İçtirakçılarda klimaksın narahatlıq, istilik basması, əsəbilik halları kimi mənfi təsirlərininin azaldığı məlum olub.

Elm adamları həmçinin pomidor suyunun daha çox kalori yandırılmasını və mənfi xolesterolun düşməsini təmin edə biləcəyini vurğulayıb.

Araşdırmanın nəticələri “Nutrition Journal”da dərc olunub.

Daha əvvəl aparılan araşdırmalar pomidor suyundakı qamma-aminobutirik turşusu kimi kimyəvi maddələrin estrogen hormonuna bənzər təsirləri olduğunu ortaya qoymuşdu.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.