Şəfa anbarı olan balın heç bilmədiyiniz 9 faydası

1-Yanıq izlərini sağaldır

Balın dəridəki yanıqlara olan təsiri əslində minlərlə ildir ki, məlumdur. Bal onlara müsbət təsir edib, sağaltmaqla qalmır, həmçinin yaraların bağlanıb infeksiyadan qorunmasının da qarşısını almağa kömək edir.

2-Uçuğa yaxşı təsir edir
Dodaqda çıxan uçuqlara yaxşı təsir edir.

3-Xərçəngin müalicəsinə dəstək verir
2011-ci ildə aparılan bir araşdırmada, bir növ böyrək xərçəngi olan renal hüceyrəli karsinoma xəstələrində balın xərçəng hüceyrələrinin çoxalmasının qarşısını almaqda təsirli olduğunu ortaya çıxarıb.

4-Qan şəkərini tənzimləyir
Bal şəkərdən daha sağlam bir alternativdir və qan şəkərini şəkər qədər yüksəltmir. Yəni çaya şəkər əvəzinə bal qatmaq daha yaxşı bir seçimdir.

5-Yaddaşı gücləndirir
Aparılan araşdırmalara əsasən, bal yaddaş üçün olduqca faydalıdır. Xüsusilə xəstəliklərdən sonra yaddaşda problem yarandıqda balın çox faydalı olduğu təsdiqlənib.

6-Hemoroidin müalicəsində təsirlidir
Hemoroid, ya da xalq arasındakı adıyla babasilin aradan qaldırılmasında da öz sözünü deyib. Həmçinin, bir miqdar zeytun yağı qatılmış balın təsirli olduğu da müəyyən edilib.

7-Xora ilə mübarizə aparır
Bal xaricdən görünən yaraları sağaltdığı kimi, daxili orqanlarımızdakı yaralara, məsələn mədə yarası olan xoraya də yaxşı təsir göstərir.

8-Sədəf xəstəliyi (dəmro) üçün faydalıdır
Babasil üçün istifadə etdiyimiz bala zeytun yağı əlavə etdikdən sonra sədəf xəstəliyinin müalicəsində də istifadə etmək müsbət təsir göstərən amillərdəndir.

Orqanik.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu sayt sizə daha yaxşı təcrübə təklif etmək üçün kukilərdən istifadə edir. Bu sayta baxmaqla siz kukilərdən istifadəmizlə razılaşırsınız.