Reyhan bitkisinin insan orqanizminə faydalarını saymaqla bitib-tükənməz.
Ölkə.Az xəbər verir ki, ürək xəstəliyi, nəfəsalma problemi kimi ciddi xəstəliklərin müalicəsində reyhanın təsiri çoxdur. Tərkibində antibakterial, anti oksidləyici kimi xüsusiyyətləri olan reyhanın qoxusu və dadı da xoşdur.
Reyhanın faydaları aşağıdakılardır:
– Həzmi asanlaşdırır;
– Mədə və bağırsaqdakı köpün və şişkinliyin azalmasına kömək edir;
– Mədə bulantısı və bağırsaq parazitlərini azaldır;
– Sinir sistemini yaxşılaşdırır, depresiyanı azaldır, sakitləşdiri və yuxuverici təsiri var;
– Miqren və yaddaş problemini azaldır;
– Dəriyə çox faydalıdır;
– İmmunitet sistemini gücləndirir;
– Bronxlara və ağ ciyərə faydalıdır;
– Tərkibindəki maddələr sayəsində xərçəngə qarşı qoruyur;
– Cinsi zəifliyi aradan qaldırır.
Reyhanı bişirmədən, təzə-tər yemək lazımdır. İfrata varmaq lazım deyil. Bir neçə kiçik yarpağı da öz təsirini göstərir. Xüsusən də ət və salatlarda çox istifadə edilir.
Orqanik.az